Artıq xəbər verdiyimiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi saytından açıqlama yayaraq birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulunun dayandırıldığını bildirib.
Məlumat üçün bildirək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdu.
Həmin plan ictimaiyyətə açıqlanan andan ƏƏSMN-ın ictimaiyyətə təqdim etdiyi saytda müxtəlif müəmmalı problemlər yarandı (Bu barədə hazırladığımız araşdırma ilə bu linkdən tanış ola bilərsiniz).
Bütün bu müəmmalı problemlərin kulminasiya nöqtəsi isə bu gün əhaliyə heç bir əlavə xəbərdarlıq edilmədən birdəfəlik ödəmə ilə bağlı müraciətlərin dayandırılması oldu. Məlumat üçün bildirək ki, buna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov “Real TV”-yə müsahibəsində birdəfəlik ödəmə üçün müraciətlərlə bağlı müddətin 4 may 2020-ci il tarixinədək davam etdiriləcəyini bildirmişdi.
A. Kərimov açıqlamasından çıxarış:
Müraciətlərlə bağlı ilkin qərar veriləndə aprelin əvvəli idi və xüsusi karantin rejimi (XKR) 20 aprelə kimi davam edəcəyi gözlənilirdi. Aprel ayının ortalarında artıq vəziyyət təhlil olundu və qərara gəlindi ki, XKR 4 mayadək uzadılacaq. Bunun əsasında ölkə başçısı tərəfindən növbəti humanist addım kimi qərar verildi ki, müavinət veriləcək hədəf qrupu 3 dəfə artırılsın – 200 mindən 600 minə çatdırılsın.
Bu, eyni zamanda vətəndaşlarımızın müraciəti üçün əlavə vaxt yaratdı. Yəni artıq vətəndaşlarımız tələsmədən 4 mayadək müraciət edə bilərlər. Digər bir vacib məqam da odur ki, hətta mayın ilk həftələrində müraciət etmiş vətəndaşlarımız da iki aylıq müavinət ala biləcəklər. Çünki ilkin olaraq bu müavinət bir aylıq nəzərdə tutulurdusa, hazırda yeni tapşırığa əsasən bu müavinət iki ay məbləğində veriləcək. Ona görə may ayı ərzində müraciət etmiş vətəndaşlarımız iki aylıq məbləğdə bu müavinəti ala biləcəklər. Düşünürük ki, əlavə təlaşa ehtiyac yoxdur
Açıqlamadan da göründüyü kimi, nazir müavini 22 aprel 2020-ci il tarixində vətəndaşlara tələsmədən 4 mayadək müraciət edə biləcəklərini deyir. O, həm də bu YALANININ aprelin ortalarında vəziyyətin təhlil edilərək qərar kimi verilməsini də vurğulayır.
Marqlıdır ki, görəsən nazir müavini kimi əhəmiyyətli kürsünü məşğul edən Anar Kərimovu geniş ictimaiyyətə yalan danışmağa nə və yaxud da kim məcbur edib?
“24 saat“
Men neynki 2 ci ayi almaq hec 1 ci ayda vermiybler mene 20 gunden ki qeydiyatdan kecmisem ama netice ortada hecne yoxdu niyesi de cox maraqlidi
Salam 5 ay bundan qabaq işdən azad olmuşam. Vergim aktiv qalıb bağlanmayıb. Mən 6 çi aydı işləmirəm. Vergim aktiv olduğunu bilmirdim. Mən vergini işdən çıxanda bağladılar şirkət tərəfindən. Ancaq mesaj alıram vergin aktivdir.
“Marqlıdır ki, görəsən nazir müavini kimi əhəmiyyətli kürsünü məşğul edən Anar Kərimovu geniş ictimaiyyətə yalan danışmağa nə və yaxud da kim məcbur edib?”
Nazir müavinini buna, pulun yekunlaşması məcbur edib 😃 bunu başa düşməyə nə var ki?
Elə danisirlar guya muavin ozunnən hoqqa cixardib, bunu onnan tələb edirlər, oda danisirda. O təriflənən prezident bunuda gormur yənii. Nə olsa deyir xəbərim yox iydi, basa dusmurəm, bu insanin nədən xəbəri var bəs
Salam men kirayede qaliram .mulki torpagim yoxdu. Amma yalannan sms gelibki mene guya 4.1.3 madesinde menim mulki kent teserufat sahem var. Bnunla bele cixirki dovlet biz vetendawlarla oyun oynuyur. Bu hansi qanunda duzgundu????
Birinci ayı belə verdiıər qaldı ikinci hamısl bəhanədi puıu yeməydən ötrü məlum məsələdi
Salam. Ailəli olub ayrılmışam 2 qız evladım var. Aliment almıram tələb edirəm vermir alimenti . 110 manat pensiya alıram. Mən hansı pul ilə iki körpə balama baxım? Bakıya gəldim qadın canımla işləmək üçün hər yer bağlandı. Ama Uşaqlarıma heçnə ala bilmirəm. Belə şey olmaz axı!?
Mən nə edim. 190 manat almaq üçün müraciət etdim. Aylıq müavinət alıram 110 manat ona görə vermirlər. Allahdan qorxunuz yoxmu. Mənə nə edəcəyimi deyin
60manat çörək pulu alıram buna görə vermedilər ne deyim valla gel dolan görüm 60manatnan
Məndə maşın yoxdu, doverenost var 190 manat vermədilər . Amma status işsiz.
Menimde adima hec ne yoxdu ancaq sebebsiz imtina geldi .bu nece olur deqiq arawdirilma aparilsin xahiw edirem 2 korpe uwagim var.