2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Nazirlik: “İstanbul sərgisində Azərbaycanın müdafiə sənayesi məhsullarına çox böyük maraq oldu”

“Bu il İstanbulda keçirilən “IDEF-2023” sərgisində Azərbaycan 133 adda məhsul nümayiş etdirdi və qardaş Türkiyədə bizim stendə çox böyük maraq vardı”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”un Türkiyə bürosuna Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Hərbi texniki əməkdaşlıq şöbəsinin baş məsləhətçisi, ehtiyatda olan polkovnik-leytenant Nadir Əliyev bildirib.

“IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənaye Sərgisində Azərbaycan stendinin iyulun 25-dən yer aldığını deyən N.Əliyev qeyd edib ki, sərgidə Azərbaycanın modernləşdirlmiş müdafiə sənayesi məhsulları da nümayiş etdirilib: “Ümumilikdə sərgidə nazirliymizin müəssisələrində istehsal olunan pilotsuz uçuş aparatları, müxtəlif növ atıcı silahlar, yaxın döyüş vasitələri, 5X45-dən başlayaraq 30 millimetr çapına qədər bütün növ mərmilər, yaxın məsafəli döyüş vasitələrindən – müxtəlif qumbaraatanlar, artilleriya silahlarından 60, 81 və 82 millimetrlik minaatanlar nümayiş olundu. Bundan əlavə, 30 millimetrlik yeni avtomatik qumbaraatanlar (AQS-30) da sərgilədik ki, buna modernləşdirilmiş varinat da demək olar. Çünki bu, AQS-17-nin daha yeni modelidir. Bunlardan əlavə sərgidə dəstləşdirici vasitələr vardı. Adsız silahların və döyüş silahlarının qutuları 200-100 millimetrlik, yüz ədədlik pulemyot patronları üçün qutular, daha sonra 12,7-30 millimetrlik sursatlar üçün döyüş qutularını sərgidə nümayiş etdirdik”.

Nazirliyin baş məsləhətçisi deyib ki, Türkiyədə Azərbaycan stendi maraqla izlənib: “Qardaş ölkədə stendimizə maraq çox oldu. Görünür, Azərbaycan-Türkiyə yüksək səviyyəli müttəfiqlik əlaqələri də burada önəmli rol oynayır. Tək Türkiyədən yox, müxtəlif dövlətlərdən nümayəndə heyətləri də stendimizi ziyarət edirlər”.

Qeyd edək ki, açılışına Azərbaycanın Müdafiə naziri general Zakir Həsənovun da qatıldığı 16-cı Beynəlxalq Müdafiə Sənaye Sərgisi iyulun 25-27-də Türkiyənin İstanbul şəhərində TÜYAP Konqres Mərkəzində keçirilib.

Sərgidə Azərbaycan stendi də açılmışdı.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button