2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Neftdən asılı ölkələrin vəziyyəti daha da pisləşəcək

Beynəlxalq Enerji Agentliyi (IEA) 2018-ci il üçün verdiyi  ilk proqnozunda, OPEC-ə üzvü olmayan ölkələrdə neft hasilatının artmasının, 2018-ci ildə tələbdə baş verəcək artımı üstələyəcəyini bildirib. Qısası təklif tələbi üstələyəcəyindən qiymətlər daha da aşağı düşə bilər.

Bu vəziyyətdə, OPEC hasilatın məhdudlaşdırmasını genişləndirmək məcburiyyətində qala bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Beynəlxalq Enerji Agentliyindən verilən məlumata görə, ABŞ, Braziliya, Kanada və digər OPEC üzvü olmayan neft istehsalçısı ölkələr, istehsalda gələn il son dörd ilin ən böyük artımını edəcəklər. Bu səbəblə, OPEC və tərəfdaşlarının gələn ilin yazına qədər neft hasilatını azaltmaları yetərsiz  olacaqdır.

Parisdə yerləşən  Beynəlxalq Enerji Agentliyi, 2018-ci il üçün yayımladığı ilk hesabatın, təklifi “tormozlamaq” istəyən istehsalçılar üçün “ayıldıcı” xarakterdə olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan da OPEC-in neft hasilatının azaldılmasını nəzərdə tutan müqaviləsinə qoşulub. Neft isə, inad edərək bahalaşmaq istəmir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button