Loading...
Loading...
Dünya

Nikaraquada iğtişaşlarda ölənlərin sayı 135 nəfərə çatıb

Nikaraquada davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl hökumətə qarşı keçirilən kütləvi aksiyalarda 127 nəfərin öldüyü bildirilirdi.

Nikaraquada etiraz aksiyaları aprelin 18-dən etibarən davam edir. Etirazçılar sosial sığorta fondlarına köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşı çıxış edirlər. Prezident Daniel Orteqa islahatı ləğv etsə də, ölkədə iğtişaşlar davam etməkdədir.

Gözdən qaçırmayın:  Xarkovdan dəhşətli görüntülər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button