2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Niyaməddin Əhmədov acliq aksıyası keçirir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvü Niyaməddin Əhmədov saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyasını keçirdiyi bildirilir.

Paryiyadan Turana bildirilib ki, N.Əhmədov artıq 7 gündür ki, aclıq edir: “Niyaməddin Əhmədov idmanla məşğuldur və ona müəyyən qida əlavələri lazım olur. Lakin ona göndərilən həmin qida əlavələri ona verilmədi, onların qadağan olduğu deyilib. Bundan əlavə qohumlarla görüşə problem yaradılmışdı. Hətta istədiyi daxili nizam-intizam qaydalarını əks etdirən kitabça ona verilməyib. Niyəməddin bütün bunlara etiraz etdiyi üçün karsa salınmışdı. Elə karsa salındığı gündən aclıq edir”.

AXCP-dən qeyd olunub ki, cərimə kamerasından çıxdığı günü onun başını zorla qırxıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Penitensiar Xidmətinin mətbuat xidmətindən Turana bildirilib ki, məhkum Niyaməddin Əhmədovla bağlı sözügedən ittihamlar tam əsassızdır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada rejiminə uyğun olaraq (ayda 1 dəfə) yaxın qohumları ilə görüş təqdim olunur: “Sonuncu dəfə 10 mart tarixdə görüş təqdim olunaraq atası ilə görüşməsinə şərait yaradılıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sovqat, banderol almaq hüququ təmin edilir, aclıq etməsi ilə bağlı müəssisə rəhbərliyinə heç bir müraciəti daxil olmayıb, hazırda cəzasını ümumi məhkum kütləsi ilə birlikdə çəkir”.

Niyaməddin Əhmədov 2020-ci ilin aprel ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində cinayət işi açılıb.

İstintaqın sonunda ona daha iki maddə ilə – 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.

2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib. Niyaməddin Əhmədov özünü təqsirli bilməyib və ittihamları öz siyasi fəaliyyəti ilə əlaqələndirib.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button