2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏİqtisadiyyat

Növbəti bahalaşma dalğası gəlir

Xəbər verildiyi “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda “Aİ-95” premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.

Bahalaşmanın səbəbi kimi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsi göstərilir. Məlumat üçün deyək ki, “Aİ-95” və “Aİ-98” markalı benzin xaricdən idxal edilyi üçün onun qiymətini Tari Şurası tənzimləmir. İddia olunur ki, premium markalı benzinin bahalaşması dünya bazarındakı tendensiyadan asılıdır.

Beləliklə, hökumət bahalaşmanın məsuliyyətini öz üzərindən atır. Eyni zamanda iqtidara yaxın mediada bahalaşmanın digər məhsullara, o cümlədən ən çox tələbat olan “Aİ-92” markalı benzinin və dizelin qiymətinə təsir etməyəcək.
Bununla belə, ehtimal etmək olar ki, premium markalı benzinin qiymətindəki artın qarşıdakı yeni bahalaşma dalğasına hazırlıq kimi qiymətləndirilə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Müşahidələr göstərir ki, əksər hallarda əvvəl premium markalı benzinin qiymətində, bir müddət sonra isə digər yanacaq növlərində və məhsullarda artım baş verir.

Bu dəfə də oxşar halın baş verməməsinə zəmanət yoxdur.

Digər tərəfdən, maliyyə böhranının getdikcə dərinkəşdiyi müşahidə olunur. Hökumətin addımları böhranın qarşısını almaq üçün yetərli deyil. İqtisadi yüksəlişin qarşısında əsas maneələrdən olan monopoliya hələ də aradan qaldırılmayıb. Hökumət rəsmiləri yerli istehsalın gücləndirilməsi barədə fikirlər səsləndirsə də, reallıq bunun əksini göstərir. Aydın şəkildə sezilir ki, iqtisadi dirçəlişə məsul olan qurumların prezident qarşısında hesabatlarında həddindən artıq şişirtmələr var.

Bütün bunlar son nəticədə bahalaşmanı zərurətə çevirir.
Ekspertlər də hesab edir ki, yaxın vaxtlarda növbəti bahalaşma dalğası baş verə bilər.
Bu arada qeyd edək ki, 24saat.org təxminən bir ay əvvəl bahalaşmanın anonsunu etmişdi. Həmin məlumatda ictimai nəqliyyatda gediş haqlarının da artacağı bildirilirdi.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button