2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Nürəngiz Bəşirova Beyləqan Mərkəzi Xəstəxanası üçün kabusa dönüb

Nürəngiz Bəşirova Beyləqan Mərkəzi Xəstəxanası üçün etdiyi “yeniliklərlə” rayon vətəndaşları arasında ciddi narazılıq yaradıb.

Nürəngiz Bəşirova Beyləqan Mərkəzi Xəstəxanasının direktoru təyin edildikdən sonra xəstəxanada həkimlərə qarşı ciddi intizam yaratmağa başladı. Yəni, ilk həftələr heç bir həkim vətəndaşdan müayinə üçün ödəniş tələb etmirdi. Mərkəzi xəstəxanada baş verən bu yeniliklər həqiqətəndən çox sevindirici hal idi. Lakin rayon vətəndaşlarının bu SEVİNCİnin uzun çəkmədiyi bildirilir. 

Ölkə mətbuatında yer alan xəbərlər deməyə əsas verir ki, hazırda Beyləqan rayon Mərkəzi Xəstəxanası acınacaqlı durumdadır. TƏBİB və Səhiyyə Nazirliyi rəsmiləri qəfil Beyləqan Mərkəzi Xəstəxanasına gəlsələr, o zaman özləri hər şeyin canlı şahidi olarlar.

Saytların yığılması Saytlarin yigilmasi

Baş Həkim Beyləqan Mərkəzi Xəstəxanasını xaosa sürükləyib

Çünki, Nürəngiz Bəşirova və “yeni komandası” Mərkəzi Xəstəxanada elə bir sistem yaradıblar ki, həkim otaqlarından tutmuş bütün müayinə otaqlarına qədər hər yerdə bilinməyən səbəblərdən kortəbii növbələr yaranıb. Vətəndaşlar bir sənəd üçün yaxud kiçik bir müayinə üçün saatlarla gözləməli olur. Bu isə əhali arasında ciddi narazılığa səbəb olur.

Məlumata görə, Nürəngiz Bəşirovanın başı “kadr islahatları”na qarışıb. Bu “islahatlar” isə daha çox kənd tibb məntəqələrinin yoxlanılması və hər məntəqədə üzə çıxarılan nöqsanlardır. Deyilənə görə, Nürəngiz Bəşirova kənd tibb məntəqələrində üzə çıxarılan nöqsanlara görə məntəqə müdirlərini ciddi şəkildə sıxma-boğmaya salıb.

Bundan başqa, xanım direktor xəstəxanada adı olub özü olmayan bir xeyli “işçi”ni işdən çıxardaraq onların yerinə yeni “ölü canları” təyin etdiyi barədə də hələlik təsdiqlənməyən ittiham səslənməkdədir. Həmin ittihama görə, xəstəxanadakı iş yerlərinin “qiyməti” 2500-4500 manat arasında dəyişir. Digər təsdiqlənməmiş iddiaya görə isə, yeni işə təyin edilənlərdən hesabı isə Nürəngiz Bəşirovanın Xocavənddən özü ilə gətirdiyi baş mühasib əvəzi alır.

Qeyd edək ki, korrupsiya ittihamı ilə bir neçə dəfə işdən çıxarılan Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi Nürəngiz Bəşirovanın Beyləqan Mərkəzi Xəstəxanasına baş həkim təyin edilməsi müəmmalı hadisə kimi qarşılanmışdı. İddiaya görə, Nürəngiz Bəşirovanın qardaşı ilə sabiq TƏBİB sədri Ramin Bayramlı arasında dostluq münasibətləri mövcuddur. Rayonda Nürəngiz Bəşirovanın Xocavənd xəstəxanasının baş həkimi vəzifəsindən Beyləqana rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə “transfer” edilməsi üçün 60 min manat xərc çəkdiyi barədə danışanlar da az deyil.

Xatıqladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı əməliyyat tədbirləri nəticəsində bir neçə baş həkimin həbs olunması barədə rəsmi məlumat yayılıb. Onların arasında FHN-in Modul Tipli Hospitalının baş həkimi də var. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin səhiyyə sistemi ilə bağlı antikorrupsiya əməliyyatlarının davam edəcəyi bildirilir.

Yazı “Beyləqan xəbərləri” səhifəsinin paylaşımı əsasında hazırlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button