2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Obamadan ABŞ vətəndaşlarına çağırış:”Demokratiyanı müdafiə edək”

ABŞ prezidenti Barak Obama vida çıxışında ölkə vətəndaşlarını demokratiyanı müdafiə  etməyə çağırıb.

B. Obama irqçilik və iqtisadi qeyri-bərabərliyi ABŞ demokratiyasının əsas təhdidləri adlandırıb. O, 8 illik prezidentliyi  dövründə ABŞ-ın yaşamaq  üçün daha yaxşı ölkəyə çevrildiyini deyib.

“8 il əvvəl desəydim ki, iqtisadi böhranı arxada  qoyacağıq, avtomobil sənayesini yenidən dirçəldəcəyik, ölkə tarixində ən çox iş yeri, kubalılarla münasibətlərdə yeni səhifə açacağıq, bir güllə atmadan İranın nüvə  proqramını bağlayacağıq, 11 sentyabr  terror aktına görə məsuliyyət  daşıyan şəxsi məhv edəcəyik, həmcinslilərin nikahına nail olacağıq, gözləntilərimizin şişirdildiyini düşünərdiniz” – deyə, o əlavə edib.

Saytların yığılması Saytlarin yigilmasi

B. Obama çıxışında həyat yoldaşı Mişel Obamaya xüsusi təşəkkür edib və göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, 55 yaşlı B. Obama 2008-ci ildə prezident seçilib. Yeni seçilmiş prezident Donald Tramp yanvarın 20-də and içərək səlahiyyətlərin icrasına başlayacaq. O, Obamanın bəzi  islahatlarını ləğv edəcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button