2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Obamadan FTB-yə Klinton “qadağası”

ABŞ Prezidenti Barak Obama Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən Hillari Klintonla bağlı aparılan istintaqa mane olub.

Ağ Ev rəhbəri Demokratlar Partiyasından prezidentliyə namizəd xanım Klintonun işinin araşdırılmamasını istəyib.
ABŞ mediasında yayılan məlumatlara görə, Obama bu işi Ədliyyə Nazirliyinin əli ilə gerçəkləşdirib.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın sözçüsü Ceyson Miller Klinton və Obamanı şəxsi mənafe naminə dövlət orqanlarından istifadə etməkdə günahlandırıb.
Qeyd edək ki, ölkədəki bəzi banklar bu ilin əvvəlində Klinton Vəqfinin hesablarında şübhəli əməliyyatlar keçirilməsi ilə bağlı FTB-yə müraciət etmişdi.(axar.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button