2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ölənlər iki mini ötdü 


 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4273 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 4164 nəfər sağalıb  

Nazirlər Kabineti yanında Operativ Qərargahdan dekabrın 15-də  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 41 nəfər də vəfat edib: 

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanda indiyədək ümumilikdə 183 259 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 119 005 nəfər sağalıb, 2 007 nəfər vəfat edib, aktiv xəstə sayı 62 247 nəfərdir”.

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə  17 231, hazırkı dövrədək isə 1 980 579 test aparılıb. 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər  1,6 milyondan çox  şəxsin vəfat etdiyi açıqlanıb. 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button