Loading...
Loading...
SEÇMƏ

Olaf Şolz: “Əminəm ki, Putin qalib gəlməcəyək”

Almaniya kansleri Rusiyanı təcrid etmək üçün çağırış edib

Almaniya kansleri Olaf Şolz Rusiyanı təcrid etmək və prezident Vladimir Putinin qlobal nizamı pozmaq cəhdlərinin qarşısını almaq üçün daha geniş beynəlxalq səylərə çağırıb.

O, İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib: “Bu, bizi müharibənin ümumi siyasi alət olduğu, qitəmizin və dünyanın sabit sülh nizamının olmadığı bir dövrə qaytarmaq cəhdidir”.

Ukraynadakı münaqişə son iki ildə ilk dəfə baş tutan Davos toplantısının gündəliyində ən çox danışılan mövzu olub.

Eyni zamanda, inflyasiya, enerji təhlükəsizliyi, ərzaq qıtlığı və iqlim dəyişikliyi məsələləri də müzakirə edilib.

Şolz Rusiyanın işğalının təkcə Ukraynanın ərazi bütövlüyünü yox, həm də beynəlxalq qaydalara əsaslanan əməkdaşlıq nizamını təhdid etdiyini və pozduğunu söyləyib: “Buna görə də məqsədimiz çox aydındır: Putin müharibədə qalib gəlməməlidir. Mən əminəm: o qalib gəlməyəcək”, – Şolz bildirib.

“Bloomberg” yazır ki, Şolzun ​​bu müraciəti Avropa İttifaqının Moskvaya qarşı əlavə sanksiyalarla bağlı vahid cəbhənin saxlanılması çağrışları ilə bir vaxta təsadüf edir.

Həmçinin qeyd edilir ki, müraciət Rusiyanı tənqid edən və cəzalandırmağa hazır olan Asiya, Afrika və Cənubi Amerikada inkişaf etməkdə olan bir çox güclərə dəstək olacaq: “Putin güclülərin doğru olanı diktə etdiyi dünya nizamına qayıtmaq istəyir. Onun hərəkətindən belə çıxır ki, hər kəsin azadlıq, suverenlik və öz müqəddəratını təyin etmə hüququ yoxdur. Lakin Almaniya birmənalı olaraq Kremlin diktə etdiyi sülhü qəbul etməyəcək”.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Meydan TV

Gözdən qaçırmayın:  Saatlı sakini: “İllər ötdü, qocaldım, hələ də seldən zədələnən evdə yaşayıram”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button