Loading...
Loading...
Sosial

Ölüm ayağında olan tanınmış cərrah Gömrük Hospitalına köçürüldü

Koronavirusa yoluxmuş cərrah Niyazi Eminov dünən axşam saatlarında Mərkəzi Gömrük Hospitalına köçürülüb.

24saat.org xəbər verir ki, bir müddətdir, “Yeni klinika”da müalicə olunan cərrahın Mərkəzi Gömrük Hospitalına köçürülməsinə qərar verilib.

N. Eminovun vəziyyəti ağır-stabil kimi qiymətləndirilir. Onun ağciyərlərində 90 faiz buzlaşma qeydə alınıb.

Qeyd edək ki, atası N. Eminovun Mərkəzi Gömrük Hospitalına köçürülməsi üçün müraciət etmişdi.

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Ötən il Azərbaycanda qeydə alınan cinayətlərin sayı kəskin artıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button