2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ombudsmanın nümayəndələri Hafiz Babalıya baş çəkiblər

Martın 28-də ombudsmanın nümayəndələri 1 saylı Bakı İstintaq Təcridxanasında “Abzas Media”nın işi üzrə həbs olunmuş Turan Agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalıya baş çəkiblər.  

Babalının yaxınlarının verdiyi məlumata görə, jurnalist özü ombudsmana müraciət edib və yalan ittihamla əsassız cinayət təqibindən şikayət edib.

Bundan başqa, Babalı (üçüncü qrup əlil) səhhətində problemlər olduğunu (görmə ilə bağlı) bildirib. Xüsusən, o, İstintaq Təcridxanasında günəş eynəyindən istifadənin qadağan olunmasından şikayət edib, görmə qabiliyyətindəki problemlə əlaqədar onun günəş eynəyi taxmağa ehtiyacı var. Daha bir şikayət jurnalistin ərizələri göndərməsinə qeyri-rəsmi qadağa qoyulması ilə bağlı olub.

Saytların yığılması Saytlarin yigilmasi

Ombudsman Aparatının mətbuat xidmətindən Turan-a martın 28-də Ombudsman yanında Milli Preventiv Qrupun üzvləri tərəfindən İstintaq Təcridxanasına başçəkmə zamanı Babalı ilə görüş keçirildiyini təsdiq ediblər.

“Milli Preventiv Qrupun üzvləri Hafiz Babalının müraciəti əsasında ona baş çəkiblər və onu dinləyiblər”, deyə mətbuat xidmətindən bildiriblər. 

* Turan Agentliyinin “iqtisadi xəbərlər” şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı “xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. O, məhkəmənin qərarı ilə üç ay müddətinə ilkin həbs cəzasına məhkum edilib. Babalı “Abzas Media”nın işi üzrə cəlb edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button