2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Onlayn kommunikasiya proqramlarına qoyulan məhdudiyyət ləğv edildi

“Skype”, “Viber”, “WhatsApp”-dan istifadə mümkünləşdi

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda onlayn kommunikasiya proqramlarına qoyulan məhdudiyyət aradan qaldırıldı. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Facebook” səhifəsində məlumat verilib.

Məlumatda deyilir ki, vətəndaşlar “Skype”, “Viber”, “WhatsApp” və s. proqramlardan yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər.

“Nazirlik bütün istifadəçilərə bildirir ki, ölkəmizdə uğurla keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (Skype, Viber, WhatsApp və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaratmışdı. Həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib. Hazırda texniki yeniləmə işləri başa çatmışdır və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər”.

May ayının əvvəlindən etibarən ölkədə onlayn kommunikasiya vasitələrindən istifadə məhdudlaşdırılmışdı. Bu problemin aradan qaldırılması üçün imzatoplama kampaniyası təşkil olundu və ölkə rəhbərliyinə müraciət edildi.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button