2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Orta dəhliz”lə bağlı çətinliklərin aradan qaldırılması: strategiyalar yenidən qiymətləndirilməlidir

“Orta dəhliz” – Qafqaz və Mərkəzi Asiya vasitəsilə Avropa və Asiyanı birləşdirən iddialı quru marşrutu ətrafında ilkin səs-küyə baxmayaraq, hiss olunan nəticələr əldə etmək mümkün olmayıb. Xüsusilə Qırmızı dənizdə davam edən böhran fonunda dəniz marşrutlarının həssas olması ilə bağlı narahatlıq artdıqca diqqət regiondaxili ticarətin inkişafı və əsas qlobal ticarət mərkəzləri ilə etibarlı əlaqələr qurulması zərurətinə yönəlir.

Bank işi və konsaltinq sahəsində azərbaycanlı ekspert Ramazan Səmədov commonspace.eu üçün yazdığı icmal məqaləsində iddia edir ki, Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələri öz səylərini Türkiyənin Aralıq Dənizindəki limanları, Gürcüstanın Qara Dənizdəki limanları, İranın Fars körfəzindəki limanları və Baltik ölkələrinin limanları kimi əhəmiyyətli ticarət mərkəzləri ilə əlaqələrin yaxşılaşdırılmasına yönəltməlidirlər. Səmədovun iddiasına görə, bu irəliləyiş təkcə tranzit və ixrac üçün deyil, həm də onların iqtisadiyyatlarının rəqabətədavamlılığının artırılması üçün həlledici əhəmiyyət kəsb edir, xüsusən də dənizə çıxışı olmayan ölkələr üçün.

“Orta dəhliz” Ukraynada böhran fonunda diqqət cəlb edib. Maraqlı tərəflər Rusiyaya qarşı sanksiyaların və tədarük zəncirinin pozulmasının nəticələrini gözləyirdilər. Dəmir yolunun Azərbaycan hissəsindən dəmir yolu tranzitinin həcmi əvvəlcə artaraq, 2022-ci ilin ortalarında ən yüksək həddə çatdığı – ayda 400 000 tondan çox təşki etdiyi halda, 2023-cü ilə qədər tədricən azalıb. Bu azalmaya səbəb olan amillərə logistika sahəsində sanksiyaların səbəb olduğu ajiotaj səngidikdən sonra ənənəvi biznes metodlarına qayıdış, Çindən Rusiyaya quru yolu ilə ixracın artması və 2023-cü il ərzində ucuz dəniz daşımalarının üstünlük təşkil etməsi daxildir.

Saytların yığılması Saytlarin yigilmasi

“Orta dəhliz”lə bağlı mövcud olan şövqə baxmayaraq, o, hələ də dəniz alternativinin – Çindən Avropaya dəniz yolunun 1%-dən azını təşkil edir. Bundan başqa, dəhlizdən keçən yüklərin əksər hissəsi Mərkəzi Asiya və Qafqaz regionlarından daxil olur və ya onlardan dəhliz vasitəsilə Çin və ya Avropa kimi təyinat nöqtələrinə minimum tranzitlə idxal olunur.

Səmədov strategiyaların yenidən qiymətləndirilməsi zərurətini vurğulayır, regionun regiondaxili ticarətin genişləndirilməsinə və böyük qlobal ticarət mərkəzləri ilə əlaqələrin möhkəmləndirilməsinə diqqət yetirməli olduğunu iddia edir. O vurğulayır ki, dəmir yollarının xidmət keyfiyyətini yaxşılaşdırmadan daim tarifləri artıraraq gəlir əldə etməyə yönəlmiş qısamüddətli tranzit siyasətinə güvənmək dəhlizin tranzit coğrafiyasının və yüklərin müxtəlifliyinin genişləndirilməsi potensialını məhdudlaşdırır.

Məqalədə iddia olunur ki, region, xüsusilə Azərbaycan və Gürcüstan tranzit təşəbbüslərinin həyata keçirilməsində daha sıx əməkdaşlıq etməlidir. Limanların və terminalların əlaqələndirilməsində, yüklər üçün sərfəli tariflərin tətbiq edilməsində və Bakı-Tbilisi-Qars dəmir yolu kimi kifayət qədər istifadə olunmayan layihələrin dirçəldilməsində əməkdaşlıq “Orta dəhliz”in əsas uğur komponentləri kimi müəyyən olunub.

Sonda Səmədov iddia edir ki, region həlli öz daxilində axtarmalı və diqqəti regiondaxili əlaqələrin möhkəmləndirilməsinə yönəltməli, özünü dünya ticarətində əsas iştirakçı kimi nümayiş etdirməlidir. “Orta dəhliz”in uğuru Qərbin dəstəyində deyil, region ölkələrinin birgə səylərində və strateji cəhətdən razılıq əldə etməsindədir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button