Dünya

Özbəkistan liderinin ikinci müddətə prezident seçiləcəyi gözlənilir

Loading...

Özbəkistanda bazar günü prezident seçkiləri keçilir. Bu seçkidə hazırkı Prezidenti Şavkat Mirziyayev həqiqi rəqiblə üzləşmir və ikinci dəfə seçiləcəyi demək olar dəqiqdir.

Mirziyayevin gözlənilən qələbəsi ona uğurlu islahat kampaniyasını dərinləşdirməyə və Özbəkistanı xarici ticarət və investiyaya açmağa, eyni zamanda isə mərkəzləşdirilmiş siyasi sistemi davam etdirməyə imkan verəcək.

64 yaşlı lider ehtiyatlarla zəngin ölkənin həm Rusiya ilə həm də sələfi, Özbəkistanın müstəqillikdən sonrakı ilk prezidenti İslam Kərimovun hakimiyyəti altında gərginləşən Qərblə əlaqələrini bərpa edib.

Mirziyoyev həmçinin təhlükəsizlik xidmətlərinin gücünü məhdudlaşdırıb və Kərimovun müxalif səslərə qarşı sıfır-dözümlülük yanaşması səbəbilə həhbs edilən bir sıra siyasi məhbusu sərbəst buraxıb.

Əksəriyyəti müsəlman olan 34 milyonluq ölkədə real müxalif partiyalar yoxdur və Mirziyayevə qarşı rəqabət aparan dörd namizəd prezidenti dəstəkəyən partiyalar tərəfindən nominasiya edilib.

Mirziyayev sürətli iqtisadi inkişaf vasitəsilə yoxsulluğu azaltmağa və bəzi səlahiyyətləri rayon şuralarına həvalə etməklə qərarvermə səlahiyyətlərini tədricən mərkəzləşdirməyə söz verib.

COVID-19-lə bağlı narahatlıqlar səbəbilə seçicilər bütün seçki məntəqələrində maska taxmalı və sosial məsafəni qorumalıdırlar. Səsvermə yerli vaxtla axşam saat 8-də başa çatacaq və ilkin nəticələr bazar ertəsi açıqlanacaq.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button