2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Pənah Hüseyn telefona “adboy” vermədi… – Kuryoz hadisə

[

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin başına kuryoz hadisə gəlib.

Gununsesi.info xəbər verir ki, partiya sədri bu barədə feysbuk hesabında paylaşım edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Bir az əvvəl “açıq mikrofon” mənimlə də alay etdi. Hörmətli internet televiziya aparıcılarımızdan biri zəng edib məni verilişə dəvət etdi. Mən də xəstə olduğumu bildirdim (red: həqiqətən xəstəyəm, güclə danışıram) və o da cavabında “xəstəsinizsə, gəlməyin” dedi.  Vəziyyətdən (red:gəlməyin sözündən) xeyli xoşlanıb bundan da belə canımı qurtardım demişəm. Sən demə telefonu söndürməyi unutmuşam. Eşidib və qayıdıb təkrar zəng vurdu ki, axı mən can qurtarılacaq aparıcı deyiləm (red: həqiqəti deyir). Mən baxmayaraq ki, ondan yox, efirdən can qurtarmağı nəzərdə tuturdum, ancaq yaxşı alınmadı. Mikrofonla ehtiyatlı olmaq lazımdır. Aparıcı xanımdan da üzrlər!”, – deyə P.Hüseyn vurğulayıb.

Sözügedən paylaşıma yazdığı şərhdən bəlli olub ki, partiya sədrinə zəng vuran jurnalist Sevinc Telmanqızı olub.

 

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button