2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Parisdəki çinlinin ölümünə etirazlar səngimir

Parisdə 56 yaşındakı çinli mühacir Shaoyo Liunun polis tərəfindən öldürülməsinə qarşı etirazlar davam edir. Çoxu çinli olmaqla, yüzlərlə Asiya mənşəli mühacir paytaxtın şimal-şərqindəki polis mərkəzi qarşısında gecə yarısı yenə etiraz nümayişi təşkil edib. “Qatil polis”, “Gerçək ortaya çıxarılsın” deyə şüar atan nümayişçilər öldürülən mühacirin xatirəsinə polis bölməsinin önündə şamlar yandırıblar. Polis qəzəbli etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Parisdə üç gün əvvəl bir şübhəli xəbərlə bağlı məlum ünvana gedən üç polisə Shaoyo Liunun hücum etdiyi açıqlanmışdı. Polis məmurlarından birinin “özünü müdafiə” edərək Shaoyonu vurduğu, təcili yardım gəlincə, onun öldüyü məlum olmuşdu. Ailəsi isə Shaoyonun polisə hər hansı bir hücum etmədiyini, hadisə zamanı mətbəxdə balıq təmizlədiyini və zəngin çalınması zamanı qapıya əlində qayçı ilə çıxdığını iddia etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button