2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘PAŞA Bank’ın defolt reytinqi endirilib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli defolt reytinqini “BB-“ səviyyəsindən “B+” səviyyəsinədək endirib.

Bu haqda agentliyin press-relizində bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Defolt- borc öhdəlikləri üzrə ödənişlərin icra edilməsi mümkünsüzlüyü və yaxud bilərəkdən ödənişin dayandırılmasıdır. İlk dəfə “defolt” anlayışı İngiltərədə istifadə olunub və hərfi mənada “öhdəliklərin yerinə yetirilməməsi” mənasını ifadə edirdi.

Agentlik reytinqin endirilməsini Azərbaycan Beynəlxalq Bankın xarici borclarının ödənilməsinin dayandırması ilə izah edir.

Agentlik bankın qısamüddətli defolt reytinqini isə “B” səviyyəsində təsdiqləyib. Bankın dayanıqlıq reytinqi “b+” səviyyəsindədir. Bununla yanaşı, banka verilən dəstək reytinqi “3”-dən “5”-ə endirilib.

“Fitch Ratings” “Pasha Bank”ı sistem əhəmiyyətli bank hesab etdiyini də qeyd edib.

Yerli və beynəlxalq KİV-lərdə dərc edilən araşdırma yazılarında bu banka prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaların nəzarət etdiyi bildirilib. Belə məlumatlar, hələ ki, rəsmən təkzib edilməyib.

Bankın Gürcüstan və Türkiyədə iki törəmə şirkəti var («Pasha Bank Georgia» və «Paşa Yatırım Bankası»).

Hazırda Azərbaycanda 32 bank var. Onlardan Azərbaycan Beynəlxalq Bankı xarici öhdəliklərini icra edə bilmədiyini bəyan edib. Daha 5 problemli bankı Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarətə götürüb. Onların, hələlik, adları açıqlanmır.

Ötən il isə ölkədə 11 bank bağlanıb. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button