2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Paşinyan bildirib ki, Qazax rayonunun 4 kəndi geri qaytarılmalıdır

Baş nazir Nikol Paşinyanın Ermənistanın Tavuş rayonunun sərhəd kəndlərinə səfəri və yerli sakinlərlə görüşdə səsləndirdiyi bəyanatlar sensasiyaya çevrilib. 

Paşinyan Voskepar kəndinin sakinləri qarşısında çıxışında xəbərdarlıq edib ki, Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina etsə, “həftənin sonuna qədər” yeni müharibə ola bilər.

“İmtina etsək, bu, o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Və mən bu müharibənin sonunda nə olacağını bilirəm. Sonra Respublika meydanında qarşılaşanda deyəcəksiniz: “Yaxşı, biz adi kəndlilərik, bizim məlumatımız yox idi, amma, axı siz hər şeyi bilirdiniz”, deyə Paşinyan bildirib. O, həmçinin əlavə edib ki, Ermənistan nə isə verirsə belə, əvəzində nə isə tələb edir, deyə Ermənistan KİV-ləri baş nazirdən sitat gətirir.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistan Azərbaycanla müharibəyə yol verməməlidir, buna görə “sərhədləri düzəltmək” lazımdır. Onun sözlərinə görə, Tavuş rayonunda Baqanis kəndindən Tavuş vilayətinin Berkaber kəndinə qədər sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün “real imkan var”.

Eyni zamanda, Ermənistan baş naziri hakimiyyətin Tavuşda erməni kəndlərinin mühasirəsini istisna etmək üçün yeni yollar salmağı planlaşdırdığını bildirib. 

Xatırladaq ki, hələ 90-cı illərin əvvəllərində bu ay ermənilər Azərbaycan ərazisində yeddi kəndi işğal edib. Onlardan 4-ü – Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax rayonu ərazisindədir.

Daha üç kənd – Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir. 

Öz növbəsində, Azərbaycan Ermənistanın Artsvaşen (Başkənd) anklavını işğal edib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button