2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Paşinyan: Ermənistan KTMT-dəki fəaliyyətini de-yure dondura bilər

Ermənistan faktiki olaraq KTMT-dəki fəaliyyətini dondurub və “KTMT-nin Ermənistan Respublikasında məsuliyyət zonası nədir?” sualına cavab almasa, onu de-yure də donduracaq.  

Toplum TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 28-də parlamentdəki çıxışı zamanı deyib.

“Biz KTMT-yə sual vermişik və bu günə qədər cavab almamışıq. Bu suala cavabın olmaması, fikrimizcə, Ermənistan Respublikasının milli təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdidlər yaradır. Sual çox sadədir: KTMT-nin Ermənistan Respublikasında məsuliyyət zonası nədir?”

Saytların yığılması Saytlarin yigilmasi

Paşinyanın sözlərinə görə, bu sual 2021-ci ilin may və noyabr, eləcə də 2022-ci ilin sentyabr hadisələrindən sonra yaranıb.  

“Bu sual belə bir kontekstdə ortaya çıxdı: KTMT bura missiya göndərdi, o, öz hərəkətlərinin və araşdırmalarının nəticələrinə əsasən vəziyyəti dəyərləndirməli idi. Faktiki olaraq, KTMT üzrə tərəfdaşlarımız mövcud vəziyyətə hər hansı qiymət verməkdən imtina etdilər və bu, hazırkı vəziyyətə gətirib çıxardı”, – Paşinyan qeyd edib.

Baş nazir həmçinin vurğulayıb ki, artıq bir ildir, Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur və Ermənistan uzun müddətdir, təşkilatın tədbirlərində iştirak etmir, həm yüksək, həm də ən yüksək səviyyədə.

Paşinyan əmin edib ki, Ermənistan KTMT-nin fəaliyyətinə mane olmur, amma o, eyni zamanda ölkəsinin təşkilatda gedən proseslərdə də iştirak etmədiyini bəyan edib.

 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button