Loading...
Loading...
SEÇMƏ

“Pay torpaqları imkanlılara, vəzifəli qohumu olanlara verilir”

Yayımlandı: 19 Sentyabr 2022 18:26

Saatlı sakini müraciətinə baxılmadığını deyir

“Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Müharibə veteranı kimi 80 manat alıram. Dolana bilmirəm”.

Bunu Meydan TV-yə Saatlı rayonunun Azadkənd kənd sakini Dəyanət Səmədov deyib. Onun sözlərinə görə, kənddə cəmi 1 hektar torpaq sahəsi var. Həmin sahədə əkin-biçinlə məşğul olsa da, bu il su problemindən zərərə düşüb.

“Dörd nəfərlik ailəyə cəmi 1 hektar sahə ayrılıb. Bilmirəm nə əkim ki, ailəmi dolandıra bilim. Neçə illərdir müraciət edirəm ki, heç olmasa daha 1 hektar sahə ayrılsın, amma müraciətimə baxılmır”.

Dəyanət Səmədov qeyd edib ki, kənddə onun kimi digərləri də əkin-biçinlə dolanır. Su olmadıqda vəziyyətləri daha da pisləşir:

“Vəziyyət get-gedə daha da çətinləşir. Uşaqlar böyüdükcə tələbat da artır. Bir yandan da əkin xərcləri çoxalıb. Kənddə başqa iş də yoxdur ki, işləyib ailəmi dolandıra bilim. Heç olmasa 2-3 hektar əlavə yerim olsaydı, dolanışıq üçün pul çıxardı”.

Şikayətçi deyir ki, onun müraciətinə baxılmamasına səbəb torpaq sahəsinin olmaması deyil, ayrı-seçkilik qoyulmasıdır.

“Hektarlala sahəsi olanlar illik xərclərini çıxara bilirlər, biz isə yox. Pay torpaqları imkanlılara, bir də vəzifəli qohum-əqrabası olanlara verilir”, – Dəyanət Səmədov deyib.

Azadkənd Kənd Bələdiyəsinin sədri Fuad Rəhmanov Meydan TV-yə deyib ki, pambıq mövsümündən sonra Dəyanət Səmədova bir hektar torpaq sahəsi veriləcək.

Meydan TV

Gözdən qaçırmayın:  Şirkət rəhbərinə karantin arayışlarına görə 9 il həbs kəsildi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button