2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Pelosi Trampa qarşı ittihamnaməni Senata göndərməyə hazırlaşır


ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Donald Trampa qarşı impiçment ittihamnaməsini yanvarın 25-də Senata göndərməyi planlaşdırır.

Bu, keçmiş prezidentin “qiyamı qızışdırmaq” ittihamı üzrə mühakiməsi prosesinin rəsmən başlanması olacaq.

Tramp yanvarın 6-da qaragüruhun Konqresə basqınını qızışdırmaqda günahlandırılır.

Saytların yığılması Saytlarin yigilmasi

Senat çoxluğunun rəhbəri Çak Şumer mühakimə prosesinin cədvəli barədə məlumat verib.

O yanvarın 22-də deyib ki, “Birləşmiş Ştatların Senatında keçiriləcək mühakimə prezidentin məhkum edilib-edilməməsi barədə hökm çıxarmalıdır”.

Tramp ABŞ tarixində iki dəfə impiç edilən və müddəti bitdikdən sonra mühakimə olunan ilk prezidentdir.

O yanvarın 20-də ABŞ ənənələrini pozaraq yeni prezident Co Baydenin inaqurasiyasına qatılmayıb və Floridadakı evinə gedib.

 

Demokratlar sürətli mühakimə istəyirlər

Yanvarın 6-da Kapitoliyə edilmiş hücum nəticəsində 5 nəfər həlak olub.

Bu zorakılıqdan əvvəl Tramp seçkidə əslində uduzmadığı, səsvermənin saxtalaşdırıldığı barədə əsassız iddiaları bir neçə dəfə səsləndirmişdi.

Onun bu iddialarını onlarca dəfə ABŞ-ın müxtəlif məhkəmələri rədd etmişdilər.

Adətən impiçment ittihamnaməsinin Senata göndərilməsi mühakimənin başlanmasına dərhal start verir, lakin Trampın nə vaxt mühakimə olunacağı naməlum qalır.

Nümayəndələr Palatasındakı demokratlar daha sürətlə hərəkət edilməsini istəyirlər.

Onlar deyirlər ki, Konqres bu məsələyə nöqtə qoyub, gələcək fəaliyyətinə davam etməlidir.

 

Trampa müdafiə üçün vaxt

Amma respublikaçılar mühakimənin fevraladək yubadılmasını rica ediblər. Onlar bildirirlər ki, keçmiş prezidentin öz müdafiəsinə hazırlaşması üçün ona vaxt verilməsi lazımdır.

Ləngimə təklifini bir sıra demokratlar da dəstəkləyirlər. Onların fikrincə bu müddətdə Senat hökumətin yeni nazirlərinin təsdiqlənməsi dinləmələrini keçirə bilərdi.

Senat respublikaçılarının lideri Miç Makkonnell yanvarın 21-də təklif etmişdi ki, Nümayəndələr Palatası ittihamnaməni yanvarın 28-də göndərsin.

Onun fikrincə, bundan sonra Trampın müdafiə komandasına və Nümayəndələr Palatasının ittihamçılarına hazırlaşmaq üçün iki həftə vaxt verilməlidir.

Müşavirinin verdiyi məlumata görə eks-prezident Senatda müdafiə olunması üçün Baç Bauersi vəkil tutub.

Bauers prezident Corc Buşun vaxtında Ədliyyə Nazirliyində səsvermələr üzrə xüsusi müvəkkil kimi çalışıb.

O habelə Cənubi Karolinanın iki keçmiş qubernatoruna – Niki Haleyə və Mark Sanforda müşavirlik edib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button