2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Peyvənd növbəsindəki qalmaqala görə cinayət işi başlandı

Vətəndaşların tibb işçilərinə xəsarət yetirdiyi deyilir

Bakının Xətai rayonundakı 7 saylı poliklinikada peyvənd növbəsi zamanı yaşanan qalmaqalla əlaqədar cinayət işi başlanıb. 

Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisə avqustun 31-də saat 18 radələrində baş verib. Prokurorluğun məlumatında bildirilir ki, həmin vaxt internet şəbəkəsinin zəif olmasına görə peyvənd olunmağa gələn bir sıra vətəndaşlara bu xidməti göstərmək mümkün olmayıb. Peyvənd olunmağa gələn Ceyhun Ağayev poliklinikanın qapısının şüşəsini sındırıb, həyat yoldaşı Ağayeva Rəna Qəhrəman qızı ilə birlikdə içəri daxil olub.

“Orada işləyən tibb personalının ünvanına nəlayiq ifadələr işlədib. Terapiya şöbəsinin müdiri Afət Əzimova, sahə həkimi Aynur Məmmədova və həkim Günel Nuriyevaya qarşı zor tətbiq edərək, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər”, – prokurorluğun məlumatında bildirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq Xətai rayon Polis İdarəsində aparılır: “İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirililməklə, təqsirli şəxslərin əməllərinə hüquqi qiymətin veriləcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button