2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Polad Aslanov öz şikayətlərilə bağlı prokurorluğun qərarlarını istəyir

Xeberman.com saytının rəhbəri, həbsdə olan Polad Aslanov öz şikayətlərilə bağlı prokurorluğun qərarlarının ona verilməməsindən şikayətlənir.

Onun xanımı Gülmirə Aslanova bildirib ki, birinci şikayət 12 iyun 2019-cu il tarixində ona qarşı qeyri-insani rəftarla bağlı olub.

Dövlət Təhlükəsizliyi Xidmətində o, bir neçə saat ac-susuz saxlanılıb, vəkillə əlaqə saxlamağa icazə verilməyib, həyat yoldaşına və uşağına təzyiqlə hədələnib,  bundan sonra etirafedici ifadə verməyə məcbur olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla əlaqədar vəkil Elçin Sadıqov Səbail Rayon Prokurorluğuna şikayət ərizəsi verib.

«Vəkilin şikayəti əsasında cinayət işi açılıb. Amma bir müddət sonra bizə məlum olmayan səbəblərdən  cinayət işinə xitam verilib və qərarı nə vəkilə,nə də Polad Aslanova verməyiblər”, – Gülmirə Aslanova deyib.

İkinci şikayət 2020-ci ildə vəkil Sadıqovun işindən kənarlaşdırılmasına etiraz olaraq Poladın aclıq etməsilə əlaqədardır.

«Etiraza görə Poladın saçını qırxıblar, karserə salıblar, ailə üzvləri və vəkillə görüşlərdən məhrum ediblər”, – Aslanova deyib. Poladın hüquqlarının pozulması ilə əlaqədar vəkil Nizami Rayon Prokurorluğuna şikayət edib. Prokurorluq cinayət işi açıb və lakin araşdırma aparılmadan cinayət işinə xitam verib. Bu dəfə də xitamla bağlı qərarı vəkilə və Polad Aslanova verməyiblər”, – Aslanova deyib.

Bu yaxınlarda Polad Aslanov prokurorluğun qərarlarının verilməməsindən  ona baş çəkən Qırmızı Xaç əməkdaşlarına şikayət edib. Bundan sonra martın 27-də Nizami Rayon Prokurorluğunun əməkdaşları ona baş çəkiblər və Polad öz şikayətlərinə dair qərarların ona verilməsi xahişilə  baş prokurora yazılı müraciətini çatdırıb.

Qərarların verilməsi Aslanova məhkəmədə onlardan şikayət etmək hüququndan istifadə etməyə imkan verəcək.

* Aslanov 12 iyun 2019-cu ildə həbs edilib, Cinayət Məcəlləsinin 274-cü maddəsilə, əsasən İranın xeyrinə casusluq etməkdə ittiham olunub və 16 il azadlıqdan məhrum edilib.

Aslanov bütün ittihamları rədd edərək bildirib ki, xüsusi xidmət orqanları əməkdaşlarının korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunur.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Beynəlxalq təşkilatlar Polad Aslanovun həbsini pisləyiblər və onu azad etməyə çağırıblar. Sonradan Ali Məhkəmə Polad Aslanovun  cəza müddətini 13 ilə endirib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button