2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Polis Navalnının dəfn ediləcəyi qəbiristanlığı nəzarətə götürüb

Siyasətçinin Borisov məzarlığında dəfn ediləcəyi bildirilir

Mərhum rusiyalı müxalifətçi Aleksey Navalnının vida mərasimi bu gün, martın 1-də Moskvada Müqəddəs Məryəmin İkonası Kilsəsində keçiriləcək.

Saat 16:00-da isə siyasətçinin cənazəsinin Borisovs qəbiristanlığında dəfn ediləcəyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Aleksey Navalnının vida və dəfn mərasimi onun “YouTube” kanalında canlı yayımlanacaq.

“RusNews”un məlumatına görə, polis martın 1-də dəfn mərasiminin Borisov qəbiristanlığının yaxınlığındakı ərazini nəzarətə götürüb.

Bildirilir ki, polis əməkdaşları qəbiristanlığın yaxınlığında iki və ya üç nəfərdən ibarət patrul xidməti aparırlar.

Girişdə də metal hasarlar hazırlanıb və perimetr boyu hər bir lampa dirəyinə kənar müşahidə kameraları quraşdırılıb.

“Mojem obyesnit” telegram kanalı Borisovo metrostansiyasının çıxışında gücləndirilmiş polis dəstələrinin hələ də növbətçilik etdiyini bildirir.

Qəbiristanlığın girişində iki polis əməkdaşı, giriş tərəfində isə kiçik bir polis furqonu və yol polisi maşını var.

Qəbiristanlığa daxil olarkən polis əməkdaşları pasport istəyir və ziyarətin məqsədini izah etməyi, həmçinin üzərilərini yoxlayırlar. Bunu terror əməliyyatlarının qarşısını almaq üçün etdiklərini deyirlər.

2024-cü il fevralın 14-də Aleksey Navalnı Yamalo-Nenets dairəsinin Xarp qəsəbəsindəki koloniyanın cəza kamerasına salınıb.

İki gün sonra fevralın 16-da isə Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının həmin koloniyada öldüyünü açıqlayıb.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Aleksey Navalnının nəşi ailəsinə ölümündən 9 gün sonra – mərhumun yaxınlarının Prezident Vladimir Putinə davamlı videomüraciətləri nəticəsində fevralın 24-də verilib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button