Loading...
Loading...
SEÇMƏ

Polis rəisinin müavini iş adamının ölümündə günahlandırılır

Yeganə Yusifovanın sözlərinə görə, polis əməkdaşı Etibar Yaqubov Arzu Cabbarovu təcili yardım maşını ilə xəstəxanaya aparıb. Yolda ikən iş adamı ailə üzvlərinə səsli mesaj göndərib: 

İş adamı Şəmkir rayon Mərkəzi Xəstəxanasında can verib. Yeganə Yusifova deyir ki, bundan sonra şöbədə rəis müavini Bayram İsmayilov onu izahat yazmağa məcbur edib ki, guya onlar arasında mübahisə nəticəsində Arzu Cabbarov özünə xəsarət yetirib. Qadın onun üzərində xəsarət izləri tapılsın deyə polis əməkdaşlarının onu döydüklərini deyir. 

O, xəsarət izləri gedəndən sonra şöbədən sərbəst buraxıldığını deyir. Daha sonra polis əməkdaşları onunla danışaraq mərhumun ailəsinin onu axtardığını bildiriblər və ondan gizlənməsini tələb ediblər. 

Yeganə Yusifova deyir ki, polislərin onu bu işdə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edəcəklərini anlayıb və işin əslini danışmağa qərar verib. 

Mərhum iş adamının yoldaşı Zəminə Əhmədova deyir ki, Şəmkir polis şöbəsinin rəis müavini Bayram İsmayılovla yoldaşı arasında 4 il öncəyə dayanan bir mübahisə var idi. O deyir ki, yoldaşında hansısa qanunsuz hərəkət tapmağa çalışıb təhdid yolu ilə ondan pul almağa çalışırdılar. O, yoldaşının ölümündə polis əməkdaşlarını günahlandırır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirir ki, Yeganə Yusifovanın ittihamları yalandır. 

Zəminə Əhmədova tələb edir ki, yoldaşının ölüm işində iştirak edən bütün polis əməkdaşları həbs olunsun. O, prokurorluqdan ədalətli araşdırma aparmasını istəyir.

Meydan TV

Gözdən qaçırmayın:  Rusiyanın sabiq dövlət katibi Bakıda vəfat edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button