2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Polşa düyməni basdı: Belarus sərhədinə daha min əsgər göndərilir

2023-08-08 16:56:06

class=”mediyanet-inline-adv”>

Polşa Müdafiə Nazirliyindən verilən açıqlamada, Sərhəd Mühafizə Birliyinin Belarus sərhədinə daha min əsgər göndərilməsi tələbinin Polşa Müdafiə naziri Mariuş Blaşçak tərəfindən qəbul edildiyi bildirilib. Bildirilib ki, qərar sərhəddəki vəziyyət və Sərhəd Mühafizəsi Bölməsinin müraciəti əsasında qəbul edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Polşanın daxili işlər və administrasiya nazirinin müavini Maciej Vasik, Sərhəd Mühafizəsinin Komandanı Tomaş Praqa ilə birlikdə dünən keçirilən mətbuat konfransında Belarus-Polşa sərhədini qorumaq üçün daha çox əsgərə ehtiyac duyduqlarını bildirib.

Maciej Wasik sərhəddə qeyri-qanuni mühacirlərə qarşı təzyiqlərin artdığını və sərhəddə çalışan Polşa təhlükəsizlik qüvvələrinə qarşı təcavüzün artdığını, qeyri-qanuni mühacirlərin Polşa təhlükəsizlik qüvvələrinə şüşə, daş və çubuqlar atdığını bildirib.

Belarus sərhədçilərinin razılığı olmadan immiqrantların sərhəd xəttində sığınacaq verilə bilməyəcəyini iddia edən nazir müavini Vasik, ötən iyun ayında Belarusun açdığı atəş nəticəsində Polşa Sərhəd Xidmətinə aid bir avtomobilin şüşəsinin deşildiyini bildirib.

Hazırda Polşa-Belarus sərhədində Sərhəd Mühafizəsindən başqa 2 min əsgər xidmət edir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button