2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident Adminstrasiyasında müşavirlik institutu ləğv olundu

Vahid Axundov və Kamal Abdulla yeni təyinat almayıb
Prezident Adminstrasiyasında müşavirlik institutu ləğv olunub. APA-nın məlumatına görə, İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifələri ləğv edilib.
İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsinin bazasında İqtisadi siyasət və sənaye məsələləri şöbəsi yaradılıb. İndiəyədək Prezidentin istisadi islahatlar üzrə köməkçisi olmuş Natiq Əmirov İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri – Prezidentin köməkçisi təyin olunub.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri postunun bazasında isə Prezidentin millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yaradılıb. Bu vəzifəyə hələlik təyinat yoxdu.
Qeyd edək ki, İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri postunu Vahid Axundov, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri postunu isə Kamal Abdulla tuturdu.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button