2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident aparatı qatığı necə qaraldır?

natiqedilovNatiq Ədilov

Bəzən Əliyev rejiminin demokratiyadan və hər cürə mütərəqqi ideyalardan uzaq olduğunu əsaslandıran sanballı məqalələrlə rastlaşıram. Qarışdırmayaq, cari tənqidi məqalələri, açıqlamaları nəzərdə tutmuram.

Saytların yığılması Saytlarin yigilmasi

Elə məqalələri deyirəm ki, onların müqəddəməsində Mesopatomiya, antik Roma mədəniyyəti, ortalarında Kant, Hegel kimi nəhənglər, yekununda isə Milton Friedman, Karl Popper, ölü yerindən  Hayek bardaş qurub oturur. Bu cür məqalələri qətiyyən aşağıgözlə qiymətləndirmirəm. Sadəcə, müəlliflərin özlərinə belə yekə əziyyət verməsinə acıyıram. Allah bizi o qədər qarğ edib ki, İlham Əliyevin Avropa standartlarına uyğun diktator, yaratdığı rejimin isə geridəqalmış, yalan və talana söykəndiyin sübut eləməkdən ötəri özümüzü Babilistana-filana vuraq?
Əlimizin altında faktlar qaynayır. Onlar qalırkən mürdikləri, qədim və müasir sivilzasiyanın fundamental elementlərin narahat etmək rəva deyil. Eləcə də öz bu müəllifin də öz potensialına, kalorisinə qarşı israfla yanaşmasıdır. Ehtiyac yoxdu belə məcaraçılığa.
Rəsmi mətbuat orqanlarına ara-bir göz atmaq kifayətdi ki, yuxarıda göstərdiyim problem istənilən tənqidçi müəllifdən uzaq olsun. Bizim rəsmi mətbuat müxalif yazar üçün mövzusuzluğa qarşı peyvənd kimi bir şeydi.
Bircə nümunə ilə yazdıqlarımı əsaslandırım.
İki faktı xatırlayaq.
Bir: Barak Obama. Yəqin, unutmamısınız, bu qaradərili cənab 2009-cu ilin yanvarından, bu ilin yanvarınadək ABŞ-ın prezidenti olub. İli bir daha vurğulayaq, lazım gələcək; 2009-2017!
İki: “Xalq qəzeti”. Bu qəzet Azərbaycan Prezident Aparatının rəsmi nəşr orqanıdı. Rəsmi!
İndi isə 2015-in aprelində “Xalq qəzeti”ndə gedən məqalədən oxuyuruq: ABŞ-da bu gün təhsil sahəsində də ayrı-seçkilik açıq şəkildə özünü büruzə verir.  Bu ölkədə ağdərili irqin daşıyıcılarının hüquqları  daha yüksək səviyyədə qorunur. Bu ölkədə hələ də hesab edirlər ki, “qaradərililər Darvin nəzəriyyəsinin məhsulları”dır.

Göbbels güman ki gorunda qovrulur ki, bu cür qara yalanı yazmaq hünəri gəstərən müəllifdən o zaman niyə məhrum olub. Qaradərili Barak Obamanın Amerikada prezident olduğu bir günlərdə insanlar çox rahatlıqla çayxanada, toyda, yox prezident aparatının rəsmi nəşrində iddia edirlər ki, ABŞ-da irqi ayrı-seçkilik yüksək səviyyədədir.
Bu rəsmi siyasətdir və bu siyasəti aparan adamların aşkar yalançılığı ifşa eləmək üçün xüsusi bacarığa, dərin təhlil məşəqqətlərinə ehtiyac qalmır.
Hərçənd, bəndəniz bu gün də tərəddüd içindədir ki, görəsən ana vətəndə boğazımıza ilişib qalan rejimin xalqa, bəşəriyyətə ziyandan başqa heç nə vermək həvəsində və bacarığında olmadığını sübüt eləməyə, deməyə ehtiyac qalıb, ya yox?!

PS. İl olub 2017, 2015-in yazısı ilə nə işin, soruşacaqsınızsa, cavabım. Heç bir xüsusi işim yoxdu. Rəsmi təbliğat orqanlarındakı məqalələrin aşağı yuxarısı hamısı ilindən, hətta əsrindən asılı olmayaraq xırda istisna ilə eynidir. Bu məqalə də təsadüfən qarşıma çıxıb.

Müsəlman qaçqınlar niyə Azərbaycana gəlmir?

 
İlham Əliyev və onun “tutuquşu”larının son çağlar tez-tez işlətdiyi bir fikir var. “Qərbdə islamofobiya hökm sürür. Müsəlmanlardan Avropalıların zəhləsi gedir. Elə bu səbəbdən də Azərbaycana qarşı gizli bir qərb düşmənşiliyi var. Qərblilər müsəlman dövlət olan Azərbaycanın inkişafın, qüdrətli bir dövlətə çevirilməsin sinirə bilmir.

Sual yaranır: Belədirsə, nə üçün Yaxın Şərqdəki müharibələrdə əsir-yesir olan müsəlman ümməti  Can Azərbaycana yox, onlar yuxarıdan aşağı baxan, donuz əti yeyən kafərlərə pənah aparır?!!
Suriya, İraq qaçqınları bu gün təkcə Avropada deyil. Onlar Rusiya, Ukrayna, Ermənistanda da var. Azərbaycanda isə yoxdu. Bu sadə fakt rəsmi təbliğatın həqiqətdən nə qədər uzaq olduğun göstərmir?
Nə üçün suriyalı, iraqlı qaçqınları qəbul eləmək istəyin ölkə rəsmiləri bir dəfə də dillərinə gətirmir?
Eşitmisiniz heç bu barədə bir kəlmə də olsa nəsə desinlər? Mən eşitməmişəm. Eşitdiyim “qaçqınkom” kolxozunun sədrinin yekəxanalıqla “Azərbaycan qaçqın-köçkün problemini həll etmək barədə öz təcrübəsini öyrətməyə hazırdır” kimi sərsəmlik olub.

Rəsmi “Xalq qəzetin”də dərc edilən məqalədən

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button