2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Prezidentliyə namizəd olmaq istəyən şəxs problemlə üzləşib

“MSK-nın qarşısında aksiya keçirəcəyəm…”

Seçkidə namizədliyini irəli sürmək istəyən Rəşad Dadaşov problemlə üzləşdiyini deyir.

O iddia edir ki, Mərkəzi Seçki Komissiyası (MSK) onun sənədlərini qəbul etməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Rəşad Dadaşov dekabrın 29-da Meydan TV-yə danışıb.

Onun sözlərinə görə, dəfələrlə MSK-nın qarşısına getsə, komissiyanın müvafiq qurumlarına müraciət etsə də, onu yaxına buraxmırlar:

Dekabrın 22-dən mühafizəçilər hər dəfə iclasın olduğunu bəhanə edib məni yola verirlər. Təsəvvür edin ki, MSK-nın qarşısına ayaq döyürəm, hər gün də deyirlər ki, iclas gedir, qəbul edə bilmirik. “Qaynar xətt”ə də müraciət etmişəm, hələ də görüş üçün cavab ala bilmirəm. Məgər iclas olan günləri namizəd olmaq üçün sənədləri qəbul etmirlər”.

Rəşad Dadaşov deyib ki, ondan sonra sənədlərini təqdim edənlər hər hansı problemlə üzləşməyiblər:

“Hətta Məzahir Pənahova teleqram da göndərdim, amma cavab verməyib. Dekabrın 30-da MSK-nın qarşısında aksiya keçirəcəyəm ki, namizədlik sənədlərimi qəbul etmirlər. Məndən sonra Əvəz Temirxan və Namizəd Səfərov gəlmişdilər, əvvəl problem yaratdılar, amma onlar mediaya çıxdılar, bundan sonra sənədlərini qəbul etdilər. Ancaq tarixçi Ulduz Quliyeva və mənim sənədlərimi götürmürlər. Bizi adam yerinə qoyub qarşımıza da çıxmırlar. Bir neçə gündə gördüklərim məndə belə qənaət yaratdı ki, Prezident Administrasiyasından gələnləri qarşılayırlar. Güman ki, mən və Ulduz Quliyeva komissiyanın meyarlarına uyğun gəlmirik”.

1983-cü ildə Bakıda doğulan Rəşad Dadaşov ali təhsillidir.

R.Dadaşovun şikayəti ilə bağlı MSK-nın mətbuat xidmətinin rəhbəri Şahin Əsədli Meydan TV-nin sorğusuna cavab verib.

Şahin Əsədli bildirib ki, məsələni araşdırandan sonra münasibət bildirəcəklər.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Fuad Əliyev, Yunus Oğuz, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli və Ərəstun Oruclu namizədliklərini irəli sürüblər.

AXCP, MüsavatKlassik Xalq Cəbhəsi partiyaları isə seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button