2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prokuror Məşədi Natiqə cəza istəyəcək

2015-ci ilin dekabrında – Nardaranda 6 nəfərin öldüyü əməliyyatdan az sonra həbs olunan və dövlətə xəyanətdə suçlanan Natiq Kərimovun məhkəməsi yekunlaşır.

Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq və onunla birlikdə mühakimə olunan Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, qapalı şəraitdə baxılır.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkillər AzadlıqRadiosu-na bildirib ki, aprelin 6-da keçirilən iclasda məhkəmə istintaqının tamamlandığı elan olunub.

Buna da bax:​ Məşədi Natiq: ‘Qapalı məhkəmədə olanları yaya bilmərəm…’

Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Ona aprelin 13-nə qədər vaxt verilib.

Məşədi Natiq və İnqilab Əhədov xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunub, verilən tapşırıqları yerinə yetirməkdə, casusluq edib məlumatlar ötürməkdə suçlanır. Onların hər ikisinə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb.

Buna da bax: Nardaran işi: Məşədi də Taleh Bağırovun əleyhinə ifadə verib

İnqilab Əhədov həbsdədir, Natiq Kərimov isə təxminən bir ay həbsdə saxlandıqdan sonra – 2015-ci il yanvarın 19-da ev dustaqlığına buraxılıb.

Məşədi Natiq əvvəlki məhkəmə iclaslarından sonra jurnalistlərə açıqlamasında günahsız olduğunu və ittiham aktında yazılanları yalan saydığını söyləyib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button