2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putin bu il ‘böyük mətbuat konfransı’ keçirməyəcək

Rusiya prezidenti Vladimir Putin bu il ənənəvi “böyük mətbuat konfransını” keçirməyəcək.

Saytların yığılması Saytlarin yigilmasi

By barədə məlumatı onun mətbuat katibi Dmitri Peskov verib:

“Bununla belə, biz düşünürük ki, prezident hər halda jurnalistlərlə təmas üçün imkan tapacaq”.

Peksov əlavə edib ki, prezident xarici səfərləri də daxil jurnalistlərlə tez-tez görüşür.

Putin Ukraynaya müdaxiləsindən bu yana yalnız İrana və MDB-nin altı ölkəsinə səfərlər edib.

Noyabr ayında RBK yazırdı ki, Kremldə Putinin ənənəvi efirlərinin keçirilib-keçirilməməsi barədə yekdil qərara gələ bilmirlər.

Qəzet yazırdı ki, bu qərarlara müharibənin gedişi təsir göstərir.

Putin 2021-ci ildən keçirilən mətbuat konfranslarında rusiyalıların suallarına cavab verirdi. Bu efirlərin vaxtı dəfələrlə dəyişdirilib.

Hələ qərara gəlməyiblər

Putinin Federasiya Şurasına ənənəvi illik müraciətinin də olub-olmayacağı bilinmir.

Peskov bu barədə demidşi ki, bu məsələnin “dəqiqləşdirilməyə” ehtiyacı var. Amma bundan əvvəl o bildirmişdi ki, bu müraciətə hazırlıq “çoxdan başlanıb”.

Putinin 2001-ci ildən keçirilən böyük mətbuat konfransı cəmi bir dəfə – 2005-ci ildə ləğv olunub.

Vladimir Putinin “Birbaşa xətt” adlı efiri 2004-cü ildə keçirilməyib, 2020-ci ildə isə “böyük mətbuat konfransı” ilə birləşdilib.

Bu tədbirlərdən sonra iqtidaryönlü media Putinin adamlarla təmaslarını, burada toxunulan mövzuları və verilən sualları geniş müzakirəyə çıxarır.

Rusiya Konstitusiyasına uyğun olaraq Rusiya prezidenti ildə bir dəfə Federasiya Şurasına ölkədəki vəziyyət, dövlətin daxili və xarici siyasətinin əsas istiqamətləri barədə hesabat verməlidir.

24 saat” “
Putin bu il ‘böyük mətbuat konfransı’ keçirməyəcək
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button