2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Putin haqqında mahnı yazılıb

Mahnıda Putinin özünü Stalin kimi apardığı, onun kimi yaddaşlarda qalmaq istədiyi qeyd edilir…

Saytların yığılması Saytlarin yigilmasi

Böyük Britaniyanın “Pet Shop Boys” qrupu Rusiya prezidenti Vladimir Putin haqqında “Living In The Past” (“Keçmişdə yaşamaq”) mahnısını təqdim edib.

Mahnının videosunda Putinin andiçmə mərasimi, Volqoqradda Stalinin abidəsinin açılışı, etiraz aksiyaları zamanı həbslər və yürüş edən əsgərlərin görüntülərindən istifadə olunub.

Mahnının sözlərində Putinin nöqteyi-nəzərindən onun Stalindən qorxduğu kimi qorxmaq istədiyi bildirilir:

“Onun kimi mən də qalib gələcəm. Tutulmayacağam. İstəyirəm ki, insanlar mənim adımı ölənə qədər yardlarında saxlasınlar “.

Qrup ötən ilin mayında Rusiyanın Ukraynaya müdaxiləsinə öz mövqeyini bildirib.

“2009-cu ildə biz Sankt-Peterburqda “Pandemonium” dünya turnesinə başladıq. Biz dəfələrlə Rusiyada olmuşuq və rus mövzuları və təsirləri ilə mahnılar yazmışıq. İndi bizim oraya baş çəkməyimiz və ya çıxış etməyimiz ağlasığmaz görünür. Amma biz səbirsizliklə gözləyirik. Rusiyada faşizmin süqut edəcəyi, cinayətkar siyasətçilərin məhkəmə qarşısına çıxarılacağı, həqiqətin söylənəcəyi, qonşu dövlətlərin təhdid edilməyəcəyi, işğal olunmayacağı, yeni Rusiya doğulacağı gün…. “, musiqiçilər bildiriblər.

2021-ci ilin sonunda Pet Shop Boys məhkəmə qərarı ilə ləğv edilmiş Memorial İnternational və Memorial insan hüquqları mərkəzinə dəstək yazısı dərc edib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button