2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putin MDB daxilində təhlükələrin artdığını deyib

Rusiya prezidenti Vladimir Putin Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitində birliyin ərazisində təhlükə və ixtilafların artdığını etiraf edib.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin o əlavə edib ki, MDB ölkələri bütün çətinliklərə baxmayaraq əməkdaşlığı davam etdirməyə hazırdırlar.

Putinin sözlərinə görə bu əməkdaşlıqda əsas məsələ təhlükəsizlik və sabitliyin təmin edilməsidir:

“Bizim ümumi Avrasiya regionumuzda təhlükəsizlik və sabitliyin təmin edilməsi MDB ölkələri arasında əməkdaşlığın əsas istiqaməti olaraq qalır. Təəssüf ki, bu sahədə, xüsusən də xaricdən qaynaqlanan həyəcan və təhlükələr ildən ilə artır. Bunu da təəssüflə qeyd etmək lazımdır ki, birlik üzvləri arasında da ixtilaflar yaranır. Amma ən əsası budur ki, biz hazırıq və əməkdaşlıq edəcəyik”.

TASS xəbər agentliyinin yazdığına görə Putin deyib ki, MDB üzvləri arasında hətta ixtilaflar yaranada belə onlar bunu özləri, hamı ilə birlikdə həll etməyə çalışır, bir-birlərinə yoldaşlıq və vasitəçilik dəstəyi verirlər.

Vladimir Putin bunu da vurğulayıb ki, MDB ölkələri terrorizm və ekstremizmlə, sərhədlər üzərindən cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi və korrupsiya ilə əlaqəli mübarizə aparırlar.

Onun sözlərinə görə ötən il ərzində MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmətləri və başqa strukturları arasında əlaqələr inkişaf edib.

24 saat” “
Putin MDB daxilində təhlükələrin artdığını deyib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button