Loading...
Loading...
SEÇMƏ

Putin: “Qərbə hegemonluğunu saxlamaq üçün münaqişələr lazımdır”

Yayımlandı: 16 Avqust 2022 12:02

Rusiya prezidenti müharibəyə görə Qərbi yenə ittiham edir

Rusiya Prezidenti Vladimir Putin Ukrayna savaşında Qərbi növbəti dəfə ittiham edib. Rusiya lideri bildirib ki, Qərb dünyadakı hegemonluğunu saxlamaq üçün Ukrayna xalqına top yemi rolu verib.

V.Putin bu haqda avqustun 16-da Beynəlxalq Təhlükəsizlik üzrə 10-cu Moskva Konfransının iştirakçıları və qonaqlarına müraciətində danışıb.

“Qərbə hegemonluğunu saxlamaq üçün münaqişələr lazımdır. Məhz buna görə də onlar Ukrayna xalqı üçün top yeminin taleyini hazırladılar, və “anti-Rusiya” layihəsini həyata keçirdilər”,- deyə Rusiya dövlətinin başçısı bildirib.

Putin bundan öncə də çıxışlarında Qərbi ittiham edib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  DSK: Azərbaycanda narkomanların sayı artıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button