Qətər böhranı neft qiymətlərinə risk yaradır - 24 saat xəbərlər
Now Reading:
Qətər böhranı neft qiymətlərinə risk yaradır
Full Article 2 minutes read

Qətər böhranı neft qiymətlərinə risk yaradır

“Express” qəzeti yazır ki, Səudiyyə Ərəbistanı və Körfəzin başqa ölkələri Qətəri terrora sponsorluq etməkdə ittiham edəndən sonra Brent markasından olan neftin qiyməti bir barrel üçün 50 dollardan aşağı düşüb, hərçənd sonradan 50 dollar səviyyəsinə qayıdıb.

Lakin bununla belə, Qətər böhranının OPEC-in hasilatın ixtisarı barədə razılaşmasını poza biləcəyindən narahatlıqlar var.

Başda Səudiyyə Ərəbistanı olmaqla, OPEC hasilatı daha doqquz ay müddətində azaltmaq qərarı qəbul edib, lakin bəzi ekspertlər Qətərin bu sövdələşmədən çıxa biləcəyi barədə ehtimal yürüdürlər.

Məqalədə deyilir ki, Yaxın Şərq qonşuları arasında ixtilafın nəticəsində qızılın da qiymətləri qalxıb.

Bu siyasi böhranla əlaqədar olaraq qızılın qiyməti hazırda aprel ayından bəri ən yüksək həddinə yüksəlib.

Ekspertlər bildirirlər ki, Səudiyyə Ərəbistanı və Qətər arasında qəfildən yaşanan ixtilaf bazarları silkələyib və hazırda hamı bu qarşıdurmanın necə başa çatacağını gözləyir.

“Express” yazır ki, neft qiymətlərinin qalxmaması, hətta bir qədər enməsi Səudiyyə-Qətər ixtilafının hasilatda fasilə yaratmayacağına olan inama görədir.

Ekspertlər bildirirlər ki, hazırkı şəraitdə hətta Qətərin bazara çıxardığı günə 650 min barrel kəsilsə də, neft qiymətlərinə əhəmiyyətli təsir göstərməyəcək.

Ekspertlər Qətərin maye qaz ixracatında da ciddi dəyişiklik yaranacağına inanmırlar, hərçənd Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə dəniz yollarını məhdudlaşdırıblar.

Yeganə ciddi narahatlıq bundandır ki, Qətər hasilatın ixtisarına dair öhdəliyini poza bilər.

Əgər belə olarsa, başqa ixracatçılar da ondan nümunə götürə bilərlər. (BBC azeri)

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.