2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qərb diplomatlarının FETÖ və İbadoğlu sevgisi – Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir – ŞƏRH

Azərbaycanın daxili işlərinə qarışmaq, heç kəsə, o cümlədən, ölkəmizdə fəaliyyət göstərən diplomatik toxunulmazlığı olan şəxslərə belə rəva görülə bilməz. Xüsusən də, istintaqın getdiyi ərəfədə hər hansı bir status və yaxud tvit paylaşmaq istintaqa təzyiqdən başqa bir şey deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Bəlli olduğu kimi, bu günlərdə ölkə ərazisində keçirilən əməliyyat nəticəsində FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev, təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev, o cümlədən, Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədri Qubad İbadoğlu həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Adıçəkilən şəxslər barəsində hazırda istintaq tədbirlərinin aparıldığı bir dönəmdə bir sıra beynəlxalq təşkilatlar, eləcə də ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Azərbaycandakı səfirlikləri Q.İbadoğlu ilə bağlı tvit paylaşıblar. İlkin istintaqın getdiyi bir dönəmdə belə bir paylaşım, sözsüz ki, birbaşa Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdi kimi qiymətləndirilməlidir. Həmin diplomatlar da gözəl bilirlər ki, Azərbaycan müstəqil ölkədir, belə məsələlər qanunlara uyğun şəkildə müstəqil məhkəmə orqanları tərəfindən tənzimlənir. Təmsil etdikləri ölkələr də məhz bu prinsipləri əsas götürür. Beynəlxalq hüquq və qanunlar da bunu ehtiva edir. Həmin diplomatların sadəcə diqqətinə çatdırmaq istərdik ki, əgər düşünürlərsə ki, Azərbaycanın daxili işlərinə müdaxilə edə, təzyiq göstərə bilərlər, çox yanılırlar.

FETÖ-nün terror təşkilatı kimi tanınmasını, yəqin ki, onlar da bilməmiş deyillər. Türkiyədə çevriliş etməyə cəhd göstərən təşkilatın ABŞ tərəfindən dəstəkləndiyi və maliyyəlşdirildiyini sübut edən çoxsaylı faktlar mövcuddur. Bu təşkilat təkcə Türkiyədə deyil, bir çox ölkədə, o cümlədən də Azərbaycanda şəbəkə qurmuşdu. O ki qaldı Qubad İbadoğluna, o, ABŞ-da FETÖ-nun geniş ayaq açdığı Şimali Karolina, Dyuk və Rutqers universitetlərində işləyib, onlarla geniş əlaqələr qurub. ADRP sədrinin dəfələrlə Pensilvaniyaya səfər etməsi, Fətullah Gülənlə görüşməsi, təlimatlar almasına dair faktlar var və bir müddət sonra açıqlanacaq.

Qubad İbadoğlu Cəmil Həsənli ilə birlikdə Qərbdən, konkret olaraq ABŞ-dan böyük qrantlar alırdı. Bu layihələr isə qanun pozuntuları ilə icra olunur, vəsaitlər tam başqa istiqamətə yönəldilirdi. Konkret olaraq Qubad İbadoğluna Azərbaycanda FETÖ şəbəkəsini bərpa etmək, siyasi gərginliyi artırmaq, ictimai-siyasi sabitliyi pozmaq istiqamətində tapşırıqlar verilmişdi. Onun FETÖ-nün ABŞ, Türkiyə və Avropa ölkələrindəki gizli mərkəzləri, ocaqları ilə əlaqələri qurulmuşdu. İndi Qərb ölkələrinin səfirliklərinin bu canfəşanlığını haradasa başa düşmək olar. Qubad İbadoğlu layihəsinə buraxdıqları böyük vəsait batır.

Ən əsası, bəzi Qərb dairələrinin Azərbaycanda növbəti dəfə qarışıqlıq yaratmaq planı yenə də iflasa uğradı. Buna görə də Azərbaycan dövləti, ictimaiyyəti belə hallara qarşı sərt təpki verməlidirlər. Məsələn, bu dairələr Macarıstanda öz planlarını reallaşdırmağa çalışdılar, amma Baş nazir Viktor Orban hökumətindən layiqli cavab aldılar.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button