2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qərbi Azərbaycan Xronikası: Çar Rusiyası Sərdarabad mahalını niyə ləğv edib?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə qədim oğuz yurdu kimi yaşadılan və zaman-zaman izi itirilən Sərdarabad mahalı haqqında süjet hazırlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, “Ermənilərin 8 kəndini dağıtdığı mahal” adlı süjetdə XVIII əsrin ortalarında yaradılan İrəvan xanlığının 15 mahalından biri olan Sərdarabad mahalının Qərbi Azərbaycanda, Araz çayının şimal tərəfində, Sürməli mahalının əks istiqamətində yerləşdiyi bildirilir.

Qeyd olunur ki, Sərdarabad mahalı şimaldan Talın, cənubda onu Sürməli mahalından ayıran Araz çayı, qərbdən Saatlı mahalı, şərqdən isə Kərpibasar və Zəngibasar mahalları ilə həmsərhəd idi: “Axırıncı İrəvan xanı Hüseynəli xan tərəfindən 1817-ci ildə Sərdarabad qalası salındıqdan sonra xanın fərmanına əsasən, burada əhali məskunlaşdırılır və nəticədə yeni mahal yaranır. Sərdarabad mahalına Şəfiabad, Yuxarı Qarxın, Aşağı Qarxın, Türkmənli, Uzunoba, Çubuxçu, İydəli, Canfıda, Quzugüdən, Qurduqulu, Kərim arx, Sərdarabad, Molla Bayazit, Keçili, Evcilər, Xatunarx, Ağcaarx kəndləri daxil idi. Ümumiyyətlə, təxminən 30 kənddən ibarət olan mahalın 8 kəndi müharibələr nəticəsində dağıdılır”.

Diqqətə çatdırılır ki, İrəvan çar Rusiyası tərəfindən işğal olunduqdan sonra 1827-cı ildə xanlıq üsuli-idarəsinin ləğvi ilə yanaşı, Sərdarabad mahalı da ləğv edilir: “Sərdarabad adı sonradan – indiki Ermənistan ərzisində sovet hökuməti qurulandan sonra yaradılan Sərdarabad rayonunun adında öz əksini tapır. Sərdarabad mahalının ərazisi indiki Armavir vilayətinin keçmiş Hoktemberyan, yəni Sərdarabad rayonunun ərazisini əhatə edir. Sərdarabad rayonu indiki Ermənistanda Sərdarabad mahalı ərazisində rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il martın 2-nə qədər Sərdarabad – Qurduqulu rayonu, həmin tarixdən etibarən isə Hoktamberyan – Oktyabr rayonu adlandırılıb. 1992-ci ildən 1995-ci ilə, yəni ləğv edilənə qədər isə Armavir rayonu adlandırılıb. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə isə 48 kilometr təşkil edir. 1988-ci ilə qədər burada azərbaycanlılar yaşayıb və həmin il doğma ocaqlarını tərk etməyə məcbur olublar.

Sonda vurğulanır ki, erməni vandalları insanları dəfələrlə deportasiyalara məruz qoymaqla yer-yurd adlarını dəyişdirib yox etməyə, tarix səhnəsindən silməyə çalışsalar da, tarixin yaddaşını məhv etmək mümkün olmayıb: “Çünki bu ərazilərin qədim sakinləri, əzəli sahibləri var. Ona görə də Qərbi azərbaycanlıların öz doğma yurd yerlərinə qayıdıb yaşayışlarına davam etmələri onların həm mənəvi, həm də hüquqi haqqıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında avqustun 2-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button