2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qadağan olunmuş narkotik və psixotrop maddələrin sayı artırıldı – Siyahı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 17 may tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, qanunun “I siyahı. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” bölməsində aşağıdakı dəyişikliklər edilir:

– “I. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” fəslinin 97-ci maddəsi ləğv edilir və həmin fəslə aşağıdakı məzmunda 104-113-cü maddələr əlavə edilir:

Saytların yığılması Saytlarin yigilmasi

“104. AH-7921
105. AM-2201
106. 5F-AKB-48
107. JWH-015
108. JWH-018
109. JWH-122
110. JWH-210
111. Oripavin (3-O-dimetiltebain)
112. UR-144 (fenil sianid 2,4,6-triizopropil)
113. Propiram (N-(1-metil-2-piperidinoetil)-N-2-piridilpropionamid).”;

– “II. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” fəslinə isə aşağıdakı məzmunda 46-52-ci maddələr əlavə edilir:

“46. 25B-NBOMe (2C-B-NBOMe)
47. BZP-N-benzilpiperazin
48. 25C-NBOMe (2C-C-NBOMe)
49. 25I-NBOMe (2C-I-NBOMe)
50. MDPV-3,4-metilendioksipirovaleron
51. mefedron (4-metilmetkatinon)
52. metilon (beta-keto-MDMA).”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button