2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qan xərçəngindən əziyyət çəkən uşaqlara görə yığılmış pulların aqibəti necə oldu? 

Bakı Ağır Cinayətlər Məhkəməsində Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi başlayıb. 

Məhkəmə iclasına hakim Azad Məcidov sədrlik edir. Bu xanımlar talassemiyalı uşaqların xaricdə müalicəsi adı altında ayrı-ayrı vətəndaşlardan alınmış ümumilikdə 1 milyon manat civarında pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirlər. Xanımlara qarşı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluğa görə 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Hər şey ondan başlayıb ki, ötən ilin fevralında bir qrup vətəndaş “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətlərinin sahibi Nuridə Seyidovadan, Aynur Bayramovadan, Aysel Məmmədovadan Prezidentə və Vitse-Prezidentə, Ombudsmana və başqa hüquq-mühafizə orqanlarına şikayətçi düşüb. Məsələn, 10 yaşlı övladı qan xərçəngindən əziyyət çəkən Şəkinin Cumakənd kənd sakini Vüqar İsayev yazdığı şikayət məktubunda göstərib ki, o və  övladları Hemotologiya Mərkəzində qeydiyyatda olan daha bir neçə valideyn “My Doc Tour” MMC-nin və ” Urmedhelp” MMC-nin direktoru Seyidova Nuridə Məmməd qızına toplam 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Ötən il Vüqar İsayev bu barədə Toplum TV-nin “Qaynar xətt” verilişində də danışmışdı: “Biz – övladları qan xərçəngindən əziyyət çəkən 18 nəfər valideyn onların Antalyadakı “Antalya Medical Park”da təcili əməliyyat olunması üçün həmin hospitalla əlaqə yaratmışdıq, məsləhətləşmələr aparmışdıq. Sonra bizimlə həmin xəstəxananın işçisi olan Aynur Bayramova əlaqə saxladı. Bildirdi ki, Bakıda belə xəstələrin Türkiyəyə aparılmasını təşkil edən “Urmedhelp” MMC var, rəhbəri Nuridə Seyidovayla əlaqə saxlayaq, valideynlər uşaqlarını Antalyaya eyni vaxtda həmin şirkətin xəttiylə götürsün. Biz 18 nəfər valideyn olmaqla Nuridə xanımla “Çinar Plaza”dakı ofisində görüşdük. Xidmətin göstərilməsinə görə hamımızla ayrı-ayrılıqda müqavilə bağladı. Xəstəlikdən asılı olaraq müxtəlif məbləğlər söylədi. Özü də pulu manatla yox, dollarla ödəməyimizi tapşırdı. Deyirdi ki, cərrahiyyə əməliyyatlarının xərcinin əsas hissəsini “Medical Park” rəhbərliyinə guya Avropa ölkələrindəki donor təşkilatlar ödəyəcək. Məsələn, mənim talasemiyadan əziyyət çəkən qızım Gülbər Isayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu deməsinə görə, sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunur, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə məndən aldı, dedi, qalanını yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcək. Sonra da məlum oldu ki, ortada nə donor var, nə bir şey… Hamımızı belə aldadıb”. 

Saytların yığılması Saytlarin yigilmasi

Şikayətçilərdən biri Tural Nəsmiyev olub. Onun iki azyaşlı övladı xəstəymiş. İddia edib ki, 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının müalicəsinin Samsunda olacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb. Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat zərərlə geri dönüb. 

Şikayətçilər bildirirdilər ki, NuriAynur Bayramova deyib: “Aynur xanımdan öyrəndik ki, 1 ildən çox müddətdə Nuridə Seyidovaya 18 nəfərin verdiyi ümumilikdə 304 min manatdan xəstəxanaya 1 manat da ödəməyib. Biz də aidiyyəti qurumlara şikayət ərizələri yazmağa başladıq”. 

Həmin vaxt Nuridə Seyidovadan şikayətçi olanların sayı 18, alınan pulun məbləği 304 min manat olub. Bu məsələ şikayətçilər tərəfindən sosial şəbəkələrdə ictimailəşdiriləndən sonra 2023-cü ilin martında cinayət işi başlanıb. İstintaq dövründə şikayətçilərin sayı 36 nəfərə, dəymiş zərərsə 1 milyon manata çıxıb.

Valideynlər pullarəyla bərabər övladlarının müalicə müddətini də itirdiklərini deyirdilər: “Aynur xanım təsdiq edir ki, Aysel adlı talassemiya xəstəsi “Medical Park” xəstəxanasına keçən ili çatsa da, əməliyyata qədər dünyasını dəyişdi”. Şikayət məktubu bu sözlərlə bitirdi: “… Nuridəyə verdiyimiz pulları kənd-kənd, qapı-qapı gəzib, hər mağazaya yardım qutuları qoymaqla illərdir ki, qəpik-qəpik dilənə-dilənə toplamışdıq”.  

Qayıdaq İttiham aktına. Qeyd olunur ki, Nuridə Seyidovaya məxsus adları çəkilən hər iki şirkətin ofislərindən biri Heydər Əliyev prospektindəki “Çinar Plaza”da, digəri Əhməd Rəcəbli küçəsindəki “Amara Plaza”da yerləşib. “My Doc Tour Medical Tourism” şirkətinin tibbiportal.az saytındakı tanıtım səhifəsi hələ də açıqdır.. Səhifədəki xidmətlər bölməsində Azərbaycan və dünyanın qabaqcil klinikalarında müalicə və müayinə, endirimli laborator müayinələr, həkimlər üçün xarici ölkələrdə ixtisasartırma proqramları, xaricdə tibbi təhsil və başqa xidmətlər təklif olunur. Ünvan və telefon nömrələri də hələ səhifədə qalıb. 

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb. İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir. İttiham aktındakı bəzi zərərçəkən ifadələri ürəkağrıdıcıdır. Kimisi evini satıb, kimisi gəlir yeri və satmağa heç nəyi olmadığı üçün başqalarından borclanıb.  Bir sözlə, son ümidlərini “xərcləyiblər”. 

Zərərçəkənlər istintaqa bildiriblər ki, “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətləri barədə sosial şəbəkələrdən məlumatlanıblar. Saytlarındakı telefon nömrəsinə zəng vuraraq əlaqə saxlayanda Heydər Əliyev prospektindəki Çinar Plazadakı ofisə dəvət olunublar. Orada xəstə övladlarının xəstəlik sənədlərini təqdim ediblər, onlara övladlarının müalicəsi üçün Türkiyənin Antalya şəhərində yerləşən “Antalya Medical Park” təklif olunub. Sonra zərərçəkənlərdən yola çıxmaq üçün başqa sənədləşmələr və pullar toplanıb. Bu proseslər əsasən 2002-ci ildə baş verib. Bəzi valdieynlər xəstə övladlarıyla gedərək həmin xəstəxanaya da yerləşiblər. Ancaq sonradan necə deyərlər, onlara heç kimin sahib çıxamdığını görəndə geri qayıdıblar. İstintaqın sonradan zərərçəkən kimi tanıdığı vətəndaşlar işin uzandığını görəndə, vədlərin yalan olduğunu anlayanda pullarını və cənədlərini geri tələb ediblər. Buna nail olmayanda isə hüquq-mühafizə orqanlarına şikayətçi düşüblər. 

Bu iş üzrə artıq məhkəməyə hazırlıq iclası keçirilib. Yaxın günlərdə məhkəmə prosesi davam edəcək.
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button