Bizim tərcümə

Qarışıq iddia: Uşaq evlərindəki ukraynalı uşaqlar qaçırılır

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-06 13:08:46

Ukraynanın yerli rəsmilərinin bildirdiyinə görə, 8 aydır rusların işğalı altında olan Xersonda məktəblərdən və ya uşaq evlərindən azı min uşaq qaçırılıb.

Rayon sakinləri çoxlu sayda uşağın qaçırılmasının qarşısı alındığını bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

İnsan oğurluğu iddialarına görə ukraynalılar uşaqları qorumaq üçün hərəkətə keçib. Xersondakı uşaq xəstəxanasının əməkdaşları 11 körpənin uşaq evlərinə göndərilməməsi üçün onların səhhəti barədə saxta uçotlar aparıblar. Xəstəxananın reanimasiya şöbəsinin müdiri Dr. Olqa Pilyarska açıqlamasında deyib: “Uşaqların xəstə olması və onları daşımaq mümkün olmadığı barədə qəsdən yalan məlumat yazmışıq. Qorxurduq ki, (ruslar) bunu anlasınlar. Amma biz nəyin bahasına olursa-olsun uşaqları xilas etməkdə qərarlı idik”. Pilyarska yetim körpələrə ağciyər qanaması, qıcolma, süni tənəffüs ehtiyacı kimi xəbərlərin yazıldığını bildirib.

Xersonun Stepanivka kəndindəki Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru Volodimir Sahaidak mərkəzdəki 52 uşağı ruslardan gizlətmək üçün saxta sənədlər hazırladığını bildirib. Sahaidak mərkəzdə yaşayan bəzi uşaqları işçilərin yanına yerləşdirdiyini, çoxlu uşaqların qohumlarının yanına göndərildiyini, böyük uşaqları da özü ilə apardığını qeyd edib.

Sözügedən iddialarla bağlı Rusiya səlahiyyətlilərinin verdiyi açıqlamada uşaqların hücumlardan qorunmaq üçün Rusiyaya aparıldığı iddia edilib. Rusiya Xarici İşlər Nazirliyi uşaqların saxlanılması ilə bağlı iddiaları təkzib etsə də, açıqlamada səlahiyyətlilərin valideynləri ölən uşaqların yaxınlarına çatmağa çalışdığı bildirilib.

Rusiya Ukraynanın əks-hücumlarından sonra noyabrın 9-da Xersondan geri çəkiləcəyini bəyan edib, noyabrın 11-də isə şəhərdən tamamilə geri çəkilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button