Loading...
Loading...
SEÇMƏ

Qazaxıstan parlamenti Astana adının qaytarılmasına səs verib

Yayımlandı: 16 Sentyabr 2022 11:31

Kanat Musin: “Qərarın rəsmiləşməsi üçün prezident fərman imzalamalıdır”

“Rəsmi adın dəyişdirilməsi üçün prezident fərman imzalamalıdır”.

Qazaxıstanın ədliyyə naziri Kanat Musin Milli Məclisdə paytaxtın adının yenidən Astana adlandırılmasını şərh edərkən belə deyib.

Nazir paytaxtın adının dəyişdirilməsi ilə bağlı gələcək prosedurları da sadalayıb.

Qanuna görə, prezident bir ay ərzində parlamentin təsdiq etdiyi sənədi imzalamalıdır.

Qazaxıstan parlamenti sentyabrın 16-da paytaxtın adının dəyişdirilməsinə səs verib.

Kanat Musin isə deyib ki, prezident sərəncam verəndən sonra adın dəyişdirilməsi rəsmən başa çatır.

“Paytaxtın adının dəyişdirilməsi məsələsi uzun müddət cəmiyyətdə geniş müzakirə olundu. Bu, görüşlərdə, referendum zamanı vətəndaşların müraciətlərində qaldırıldı. Ona görə də ictimai rəy nəzərə alınaraq deputatların bu təklifi qanun layihəsinə daxil edildi. Paytaxtın adının dəyişdirilməsi təşəbbüsü Qazaxıstanın “Jana Qazaxıstan” deputat qrupu tərəfindən irəli sürülüb. Belə ki, qanun layihəsi çərçivəsində nəzərdə tutulan konstitusiya yenilikləri dövlət başçısının təşəbbüslərini və deputatların təkliflərini tam şəkildə həyata keçirməyə imkan verəcək. Siyasi sistem üçün tamamilə yeni standartlar müəyyən edəcək”, – deyə ədliyyə naziri Kanat Musin bildirib.

Sentyabrın 2-də Milli Məclisin “Jana Qazaxıstan” deputatlar qrupu Nur-Sultan şəhərinə Astana adının qaytarılmasının lehinə çıxış edib.

Digər obyektlərin adlarının dəyişdirilməsinin parlamentin səlahiyyətlərinə, eləcə də Konstitusiyaya aidiyyatı olmadığı qeyd olunub.

Məsələn, paytaxtın hava limanının adının dəyişdirilməsi ilə bağlı qərarı aeroportun özü və ya Beynəlxalq İCAO Təşkilatı verəcək.

2019-cu ilin martında Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev andiçmə nitqində Astananın adının respublikanın birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılmasını təklif etmişdi.

2022-ci ilin yanvarında Qazaxıstanda qazın bahalaşmasına etirazlar başladı.

Hadisələr zamanı 200-dən çox insan həlak oldu. Etirazları yatırtmaq üçün Prezident Kasım-Jomart Tokayev KTMT ölkələrinin silahlı qüvvələrini dəvət etdi.

Nəticədə N.Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırdı və birinci prezidentin bir çox qohumu rəhbər vəzifələrdən məhrum edildi.

Meydan TV

Gözdən qaçırmayın:  Azərbaycanın yeni itkiləri: daha 3 hərbçi rəsmi siyahıya salınmayıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button