2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qırğız rəhbərliyinə suiqəsddə günahlandırılan Azərbaycan və Qırğız vətəndaşlarının saxlanıldığı bildirilir

Qırğız Respublikası rəhbərliyinə sui-qəsd hazırlamaqda şübhəli bilinən 9 nəfərin saxlanıldığı bildirilir.

Öncə Qırgız Dövlət Təklükəsizliyi Komitəsi martın 23-də bu ölkənin rəhbərliyinə sui-qəsd planlaşdıran transmilli cinayətkar qrupun üzvləri olan beş Azərbaycan vətəndaşını saxladığını bildirib.

Məlumatda deyilir ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M. O., Bekhbudov M.S. və Məmmədov Z. İ. soyadlı şəxslər saxlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət Təhlükəsizliyi Komitəsinin xəbərində deyilir ki, qrupunun lideri – Əsgərov “cinayət mühitini və oğruların ideologiyasının yayılması” və “dövlətin rəhbərliyinə sui-qəsd etmək üçün” Bişkekə gəlib.

Dövlət Təhlükəsizlik Komitəsi bu cür ciddi nəticələr üçün başqa heç bir əsas gətirməyib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi isə martın 26-da bildirib ki, nazirlik Qırğızın aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib.

Nazirliyin məlumatında deyilir ki, araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya, digərinin isə Azərbaycan ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib.

“Həmçinin, Qırğız hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğız vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar Qırğızın aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilib. Qeyd edilən məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğız hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir”, Azərbaycan Daxili İşlər Nazirliyi bildirir.

Elə bu gün, martın 26-da Qırğız mediası bu ölkənin Dövlət Gömrük Xidmətinin keçmiş sədr müavini Raimbek Matraimov və onun qardaşı Tilek Matraimovun Bakıda saxlanılaraq Bişkekə ekstradisiya olunduğu barədə məlumat yayıb.

Raimbek Matraimov, şəxsi məcburi saxlamaqla onun hərəkət azadlığının məhdudlaşdırılmasında əlbir olmasında ittiham olunur. Məsələnin konkret detalları açıqlanmır. Bundan əvvəl Matraimov korrupsiya cinayətlətində ittiham olunmuşdu

Qırgız Dövlət Təklükəsizliyi Komitəsi Raiymbek Matraimovun ümumi dəyəri 34 milyon 810 min 500 dollar (3 milyard 98 milyon 134 min som) olan daşınmaz əmlakının müsadirə edilməsi barədə məlumat yaymışdır.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button