2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Qırğızıstanda ölkədə fəaliyyət göstərən terror təşkilatının lideri saxlanılıb

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) əməkdaşları ölkədə fəaliyyət göstərən terror təşkilatının liderini saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə DMTK-nın rəsmi nümayəndəsi Rahat Sulaymanov məlumat verib.

“Nəzarət altına alınmış ölkəmizin 24 yaşlı vətəndaşının mənzilinin axtarışı zamanı 1 ədəd Makarov tipli tapança, 1 ədəd RQD-5 qumbarası, partlayıcı qurğular üçün detonasiya telləri, döyüş sursatı, eləcə də ekstremist səciyyəvi materiallar aşkar edilib”, – deyə R.Sulaymanov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

DMTK-nın rəsmi nümayəndəsinin sözlərinə görə, əməliyyat zamanı orqan əməkdaşları tərəfindən silah işlədilməyib. Fakt üzrə cinayət işi açılıb və müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button