2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Qubad İbadoğlunun həbs müddəti daha 3 ay uzadıldı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu barəsində seçilmiş qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 15-də Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb. 

Vəkil Zibeydə Sadıqova bildirib ki, bu qərarı əsassız hesab edirlər və ondan şikayət vermək niyyətindədirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Qubad İbadoğlu ötən il iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi onun ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Siyasətçi saxta pul hazırlamaqda (Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi) və dini-ekstremizm xarakterli materialların yayılmasında (167-3.1-ci maddə) ittiham olunaraq həbs edilib. Bu ittihamlar üzrə onu 17 ilə qədər həbs təhlükəsi gözləyir.

Siyasətçi ittihamları rədd edir və həbsinin siyasi fəaliyyətinə görə olduğunu bəyan edir. 
 
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button