2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qubad İbadoğlunun qardaşı onun görmə qabiliyyətini sürətlə itirdiyini bildirir

Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu görmə qabiliyyətini sürətlə itirməkdədir.

Siyasətçinin qardaşı Qalib Toğrul Turan-a bildirib ki, o, artıq televizorda böyük şriftlərlə yazılan titrləri belə 4-5 metrdən eynəksiz oxuya bilmir.

Q.İbadoğlunun ailəsi hesab edir ki, bu, diabetik retinopatiyanın əlamətləridir: “Qardaşımın şəkəri ilə bağlı əsaslı müayinə aparılmır və ona adekvat tibbi yardım göstərilmir, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin endokrinoloqu hər dəfə insulinin dozasını atırmaqla işini bitmiş sayır”.

Saytların yığılması Saytlarin yigilmasi

Q.Toğrul bildirib ki, gecikmə siyasətçinin görmə qabiliyyətini tamamilə və həmişəlik itirməsinə səbəb ola bilər.

O, həmçinin Q.İbadoğlunun böyrəyində, qaraciyərində, ürək-damar sistemində gedən proseslərdən xəbərsizdilər: “Çünki sistemli və dərinləşdirilmiş müayinə və analizlər aparılmır. Bütün bunlara baxmayaraq, Ədliyyə Nazirliyinin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi sənədlərdə yenə də qardaşımın səhhəti ilə bağlı həqəqiəti əks etdirməyən analiz və müayinə göstəriciləri yer alır”.

Qardaşının sözlərinə görə, Qubad İbadoğlu həmçinin səbəbi bilinməyən xroniki yorğunluqdan, halsızlıqdan və səngiməyən başağrılarından əziyyət çəkir.

Qubad İbadoğlu iyulun 23-də həbs olunub, növbəti gün o, saxta pul hazırlamaqda ittiham edilərək 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi var.

Avqustun 25-də ona qarşı “dini ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılması” barədə daha bir ittiham irəli sürülüb.

Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button