Manşet

Qubanın icra başçısı 200 maaş kartını mənimsəyib – İDDİA

Qubanın İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 200 nəfərin adını işə yazdırıb və kartlarını özü götürüb. “24 saat” xəbər verir ki, bu iddia ilə Xaçmazda yaşayan müstəqil jurnalist Cəmil Məmmədli çıxış edib.

Qeyd edək ki, jurnalistin belə məlumat yaymasından sonra icra başçısının yaxınları və mediaya “məsul” adamı Cəmil Məmmədlini “ittiham” etməyə başlayıb. Belə ki, bir neçə şəxs adıçəkilən jurnalistin yazdıqlarından qəzəbləndiklərini, onu guya “dəstə başçısı” olması ilə ittiham ediblər.

Jurnalist özü bildirib ki, Qubanın icra başçısının qanunazidd əməllərini ortaya çıxardığı üçün bir qrup ona böhran atmaqla məşğuldur. Onların hədəfinin isə Məmmədlini bu yolla “susdurmaq”dır. Lakin həmkarımız bildirib ki, belə hədələr onu qorxutmur və Qubadakı qanunsuzluqları üzə çıxarmaqda davam edəcək.

XATIRLATMA

Araşdırmaşı jurnalist Cavanşir Həsənli 2019-cu ildə facebook profildən Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avropa biznesi ifşa edən yazı paylaşmışdı.

Həmin araşdırma nəticəsində üzə çıxmışdı ki, Ziyəddin Əliyev Çexiyada şirkətini hələ “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru olarkən, yəni 2008-ci ilin yanvarın 18-də açıb. İlkin nizamnamə kapitalı 200 min kron olan “AZ SERVIS – NR” s.r.o. (MMC) şirkətinin qeydiyyat sənədində təsisçinin 27 iyun 1963-cü il təvəllüdlü, Bakı şəhəri, Ə.Kürçaylı 7/45 ünvanında pasport qeydiyyatında olan Ziyəddin Əliyev olduğu qeyd olunub. Şirkətin adında NR sonluğu Ziyəddin Əliyevin oğlanlarının adlarının baş hərfləridir.

Daha ətraflı bu linkdə: Qubanın icra başçısı Ziyəddin Əliyev də Avropada biznes qurub…

“24 saat”

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button