2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Rabitəçilər işi”: Həbsdəki məmura iki gün vaxt verildi

Rabitə və Yüksək Texnologiyalar nazirliyi Aparatının rəhbəri olmuş Vidadi Zeynalov və nazirliyin müxtəlif strukturlarında çalışmış daha 10 nəfərin məhkəməsinə şahidlər gəlmir. Bakı Ağır Cinayətlər Məhkəməsindən şahidlərə çağırış vərəqəsi göndərilsə də, müxtəlif səbəblər göstərib, gəlməkdən imtina edirlər. Bu da V. Zeynalov da daxil olmaqla, həm məhkəmə önünə çıxarılan rabitəçilərin, həm də onların vəkillərinin etirazına səbəb olub.

“Mən deyəndə ki, ifadə verməyəcəm, bildirirsiniz ki, istintaqa ifadəmi əsas götürüb, onu qəbul edəcəksiniz. Bəs bu adamlar niyə gəlib ifadə vermirlər?”, – keçmiş Aparat rəhbəri etirazını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev cavabında deyib ki, əgər şahidin məhkəməyə gəlmək imkanı yoxdursa, yaxud təqsirləndirilən şəxs məhkəmədə ifadə vermirsə, onun istintaqdakı ifadəsi elan olunur və məhkəmə də onu qəbul edir.

Ardınca hakim bir daha Vidadi Zeynalova ifadə verməyi təklif edib.

“Ekspertiza keçirilməlidir”

Zeynalov isə növbəti dəfə Maliyyə Nazirliyinin əməkdaşlarının məhkəməyə çağrılıb dindirilməsini tələb edib: “Əgər onlar gəlməsə, mən ifadə verməyəcəm. İttihamdakı şişirdilmiş qiymətləri Maliyyə Nazirliyinin əməkdaşları yazıblar. Onlar gəlib suallara cavab verməlidilər, yazdıqlarını əsaslandırmalıdırlar. Bu qədər insanın taleyinə necə biganə yanaşmaq olar? Mənim Maliyyə Nazirliyinin işçilərinə suallarım var. Xərclərlə bağlı yenidən ekspertiza keçirilməlidi. İttihamda yazılan rəqəmləri kimlərin necə şişirtdiyi aydınlaşdırılmalıdır”.

Hakim Vidadi Zeynalova düşünüb, bir qərara gəlmək üçün vaxt verib. Nəzərinə çatdırıb ki, əgər növbəti məhkəmədə də ifadə verməsə, bu, imtina kimi qəbul ediləcək və istintaqa ifadəsi elan edilərək, əsas götürüləcək.

Vəkillər məhkəmənin uzadılmasına etiraz ediblər. Bildiriblər ki, bir həftə ərzində məhkəmədə cəmi bir şahid dindirilib.

“Bu qədər insan yığılır bura, 11 təqsirləndirilən şəxsi istintaq təcridxanasından gətirib-aparırlar. Amma cəmi bir şahid gətirilib. Bu da məhkəmənin mənasız yerə uzadılmasıdır”, – vəkillər etirazlarını bildiriblər. Amma vəkillərin etirazı qəbul olunmayıb.

Növbəti məhkəmə iclası fevralın 17-nə təyin olunub.

azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button