Loading...
Loading...
Dünya

Razoni-nin İstanbula ‘gecəyarısından sonra’ çatacağı gözlənir

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 1-də gecə çıxışında deyib ki, hadisəni qeyd etmək üçün “hələ çox tezdir”

Türkiyə Ukrayna taxılını daşıyan ilk gəminin bu “gecəyarısından sonra” İstanbula çatacağını deyir. BMT-nin vasitəçiliyi ilə Moskvanın Qara dənizə blokadası qaldırılandan sonra Odessadan ilk gəmi yola düşüb.

Sierra-Leonedə qeydiyyata alınmış Razoni gəmisi avqustun 1-də səhər Odessadan Livanın Tripoli limanına yola düşüb. Gımidə 26 min ton qarğıdalının olduğu bildirilir.

Mina təhlükəsi

Gəminin daha öncə İstanbula günortadan sonra çatacağı gözlənirdi. Razoni Ukrayna sularında mümkün mina təhlükəsi səbəbilə çox yavaş hərəkət edib, daha sonra sürət yığa bilib. Məlumatı Dəniz Nəqliyyatı vebsaytı yayıb.

Bu gün GMT vaxtıyla səhər 8-də Razoni Bolqarıstanın Burqas liman şəhərindən 50 km məsafədə olub.

Gəmi ötən həftə qurulmuş xüsusi birgə koordinasiya mərkəzində təftişdən keçəcək. Mərkəzdə Ukrayna və Rusiyadan mülki və hərbi rəsmilər, eləcə də TürkiyəBMT-dən nümayəndələr təmsil olunur.

Razılaşdırılmış prosedura görə, təftişlər İstanbul limanında deyil, dənizdə, Bosfor boğazında aparılacaq.

Mediaya gəmidən uzaq durmaq üçün xəbərdarlıq olunub.

Türkiyənin adı çəkilməyən aparıcı rəsmisi avqustun 2-də “Reuters”ə deyib ki, Ankara Ukrayna limanlarından günə təxminən bir gəminin çıxacağını gözləyir.

“Çox tezdir”

Razoni-nin yola düşməsini beynəlxalq ictimaiyyət alqışlayıb. BMT-nin Baş katibi Antonio Quterres addımı “ürəkdən” alqışlayıb, NATO-nun Baş katibi Yens Stoltenberq alyans üzvü Türkiyəyə “vacib rol”una görə təşəkkür edib.

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 1-də gecə çıxışında deyib ki, hadisəni qeyd etmək üçün “hələ çox tezdir”.

“Hazırda hansısa nəticə çıxarmaq və proqnoz vermək üçün çox tezdir. Gəlin razılaşmanın necə işləyəcəyini, təhlükəsizliyin gerçəkdən necə təmin olunacağını gözləyək”, prezident vurğulayıb.

Ukrayna və Rusiya dünyanın ən böyük taxıl ixracatçılarıdır.

Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan sonra Qara dəniz limanlarını blokadaya alıb, dünyada ərzaq kəskin bahalanıb.

24 saat” “
Razoni-nin İstanbula ‘gecəyarısından sonra’ çatacağı gözlənir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Rusiya Ukraynanın cənub şəhərlərinə 'hücuma hazırlaşır'

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button